...

Bakı Metropoliteni 2015-ci ildə yeni obyekt istismara verəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Mart 2014 09:37 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 mart /Trend, müxbir E.İsmayılov/

Bakı Metropoliteni 2015-ci il ərzində metronun "Elmlər Akademiyası" stansiyasının ikinci çıxışını istismara verməyi planlaşdırır. Bu barədə Trend-ə cümə günü "Bakı Metropoliteni" QSC-dən bildiriblər.

"Elmlər Akademiyası" stansiyasından bu rayonda bəzi ali məktəblərin və çoxlu sayda dövlət müəssisələrinin yerləşməsi ilə əlaqədar böyük sərnişin axını keçir.

QSC-dən deyildiyi kimi, hazırda həm tunelin özünün tikintisi, həm də stansiyanın ikinci çıxışının tikintisi üzrə işlər aparılır.

Mənbə qeyd edib: "Bu layihə çərçivəsində işlər sürətləndirilib və onların 2015-ci ildə başa çatacağı gözlənilir. Lakin dəqiq tarix söyləmək hələlik çətindir".

Layihə çərçivəsində stansiyanın dörd əlavə çıxışı tikiləcək ki, onlardan ikisi Bakı Dövlət Universitetinə, digər ikisi isə avtomobil yoluna çıxacaq.

Digər stansiyalarda əlavə çıxışların tikintisi mümkünlüyünə toxunan mənbə vurğulayıb ki, iki mərkəzi stansiya olan "İçərişəhər" və "Sahil" stansiyalarında əlavə çıxışların olmasına ehtiyac var.

Mənbə agentliyə bildirib ki, bu stansiyaların hər birinin bir çıxışı var və burada da, o cümlədən əlavə çıxışların tikintisinə dair məsələyə baxılır. Lakin ən çətini bu çıxışların yerinin seçilməsidir. Çünki onlar şəhərin mərkəzində yerləşir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti