Azərbaycan, Bakı, 3 mart /Trend/
DAİR Hotellər və Restoranlar Assosiasiyasının təşəbbüsü ilə keçirilən "Master Class Session" layihəsi çərçivəsində növbəti tədbir "Four Seasons Baku Hotel"in Top Menecmenti tərəfindən iki mövzu üzrə aparılan tədbirlə 28 fevral tarixində baş tutmuşdur.
Hotelin baş meneceri Sam İoannidis və onun həmkarı İnsan Resursları direktoru xanım İdil Tümöz Eratay "Four Seasons: History, Geography, Philosophy" və "HR Management: how we hire, what we look for and how to have a successful interview" mövzularında məruzələr edərək iştirakçılarla öz təcrübələrini bölüşmüşdürlər.
Tədbirdə Bakı şəhərində fəaliyyət göstərən bir sıra hotellərin, o cümlədən, Ambassador, Ariva, Atropat, Austin, Crown, Diplomat, Garadagh Hill, High Park, Hilton, Kichik Gala, Hotel Meridian, New Baku, Noahs Arc, Old City, Park İnn, Qafqaz Park, Qafqaz Point, Royal, Shah Palace, New Baku, Jumeirah Bilgah Beach, Karvansara Restoran Kompleksi və digərlərinin rəhbərləri iştirak etmişdirlər.
Tədbir zamanı 1961-ci ildən fəaliyyət göstərən "Four Seasons & Resorts" şəbəkəsinin yaranma tarixi, bu brendin yaradıcıları, brendin coğrafiyası və dünya hotelçilik bazarında tutduğu yer haqqında bəhs olmuşdur. Qeyd edilmişdir ki, "Four Seasons" hotelləri qonaqlara yüksək səviyyəli xidmətlər göstərərək lüks seqmentinə aid müəsissələrdir. Hotelin baş meneceri S.İoannidis öz fəaliyyətindən danışaraq təcrübəsilə bölüşmüşdür.
Tədbirin ikinci hissəsi insan qaynaqları mövzusunda davam edərək hotelin İnsan Resursları direktoru xanım İ.T.Eratayın məruzəsi dinlənilmişdir. O, "Four Seasons" brendinin insan qaynaqları siyasətini açıqlamışdır. Qeyd edilmişdir ki, hər bir əməkdaşın xidməti inkişafına müvəffəq olmasına şərait yaradılır. Sonra İdil xanım öz təcrübəsindən, brendin apardığı treninqlərdən, işə qəbul qaydalarından danışmışdır.
Sonda hotel üzrə tur aparılaraq təklif edilən xidmətlərlə tanışlıq keçirilmişdir.
Assosiasiyanın təşəbbüsü hotelçilər tərəfindən bəyənilərək, bu kimi tədbirlərin ölkə qonaqpərvərlik sənayesinin inkişafında əvəzedilməz rolu qeyd edilmişdir. Bunlarla yanaşı, praktiki təcrübə mübadiləsi, tələbələr üçün praktika və ixtisasartırma layihələrinin həyata keçirilməsi imkanları müzakirə edilmişdir. Assosiasiyanın rəhbərliyi tərəfindən qeyd edilmişdir ki, bu layihələrin reallaşması üçün xarici brend qonaqpərvərlik şirkətləri və yerli hotellər daha sıx əməkdaşlıq etməlidirlər və qonaqpərvərlik sənayesində çalışan hər bir kəs fəallıq nümayiş etdirərək bu sənayenin inkişafına öz töhfəsini verməlidir.
Tədbirin partnyoru qismində Print Art Document Centre, Nova Net, Aosion, BakTorq, Luxury Candles Azerbaijan şirkətləri və Azərbaycan Barmenlər Assosiasiyası çıxış etmişdir. Qeyd etmək istərdik ki, "Nova Net" şirkətinin (http://novadotnet.com/en/) proqram məhsulu olan "İnOtel" yeganə və ilk milli proqram təminatı olaraq hotellər üçün avtomatlaşdırma xidmətləri təklif edir. "Aosion" şirkəti (http://www.aosion.com/) yeni texnologiyalar vasitəsilə gəmiricilər, həşəratlar və ilanlar əlehinə ultrasəsli qovucu qurğular təklif edir. Tədbirin digər partnyoru "Print Art Doccentre" (www.doccentre.az) şirkəti isə yüksək keyfiyyətli və sürətli rəqəmsal çap məhsulları sahəsində xidmətlər göstərir.
Hotellər və Restoranlar Assosiasiyası göstərilən köməyə görə partnyor şirkətlərə və təşkilati dəstəyə görə "Four Seasons Baku Hotel"in bütün kollektivinə, o cümlədən şəxsən hotelin baş meneceri S.İoannidis və İnsan Resursları direktoru xanım İ.T.Erataya Assosiasiyanın təşəbbüsünü dəstəklədiklərinə görə dərin minnətdarlığını bildirir.
Qeyd etmək istərdik ki, hazırkı layihə dünya şöhrətli brend hotellərin və restoranların rəhbər əməkdaşları, orta və kiçik hotellərin və içtimai iaşə müəsissələrinin rəhbərləri, o cümlədən digər təcrübəli peşəkarlar arasında təcrübə və fikir mübadiləsi aparmaq məqsədilə hazırlanmışdır. Layihənin rəhbəri Aysel İmranı və Assosiasiyanın İdarə Heyətinin sədri Samir Babazadənin sözlərinə görə, bu tədbirlər cari ilin sonunadak davam edəcək və dıgər şəbəkə hotellərin nümayəndələri və qonaqpərvərlik sənayesinin peşəkarları tərəfindən master-klassların və təqdimatların keçirilməsini nəzərdə tutur.
Tədbirlərin təqvimi və digər detalları Assosiasiyanın rəsmi internet səhifəsi (www.dair.az) və sosial şəbəkələr (https://www.facebook.com/hotelsandrestaurantsassociation); (http://www.linkedin.com/groups/DAIR-Hotels-Restaurants-Association) vasitəsilə yayılır.