...

Azərbaycan icbari sosial sığorta üzrə ödənişlərin strukturunu dəyişməyi planlaşdırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Mart 2014 17:38 (UTC +04:00)
Dövlət Sosial Müdafiə Fondu (DSMF) işəgötürənlərin və işçilərin Fonda ödədiyi icbari sosial sığorta üzrə ödənişlər arasında nisbəti dəyişdirməyi təklif edir.
Azərbaycan icbari sosial sığorta üzrə ödənişlərin strukturunu dəyişməyi planlaşdırır

Azərbaycan, Bakı, 5 mart /Trend, müxbir A.Axundov/

Dövlət Sosial Müdafiə Fondu (DSMF) işəgötürənlərin və işçilərin Fonda ödədiyi icbari sosial sığorta üzrə ödənişlər arasında nisbəti dəyişdirməyi təklif edir. Trend-in məlumatına görə, bunu çərşənbə günü DSMF sədri Elman Mehdiyev Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubunun (CEIBC) üzv şirkətləri ilə görüşdə deyib.

Onun sözlərinə görə, DSMF, Əmək və Əhalinin Sosial Müdafiəsi, habelə Vergilər nazirliklərinin birgə tədbirləri sayəsində 650 min işçinin işini leqallaşdırmaq mümkün oldu: "Lakin işəgötürənlərin əksəriyyəti əməkhaqqının minimum həcmini göstərirdilər. Bu, işəgötürənlərin işçilərinin real əməkhaqqını göstərməyə marağının aşağı olmasını nümayiş etdirir".

E.Mehdiyev bildirib ki, DSMF işəgötürənlərin və işçilərin sosial müdafiə sistemində fəallığının artırılmasına yönəlib və yeni mexanizmlərin bir neçə variantlarını nəzərdən keçirir.

Variantlardan birinə əsasən, əməkhaqqının həcmindən asılı olaraq ödəniş faizlərini şaxələndirmək təklif edilir: əgər əməkhaqqı yaşayış minimumunun 1 misli məbləğindən aşağı göstərilərsə, işəgötürən 25 faizin hamısını ödəyəcək, əgər çox olacaqsa, 17 faizə qədərini işəgötürən, 8 faizini isə işçi ödəyəcək. Müvafiq olaraq, əməkhaqqı nə qədər çox olarsa, işəgötürənin ödənişi az, işçinin ödənişi isə çox olacaq.

Bununla da DSMF işəgötürənlərin əməkdaşların real əməkhaqqını göstərməkdə maraqlı olacağı şəraitin yaradılmasına yönəlib.

Hazırda icbari sosial sığorta ayırmalarının faizi Azərbaycanda iki mənbədən: işəgötürən tərəfindən həyata keçirilən, müəssisə üzrə əməkhaqqı fondundan 22 faiz, işçinin öz əməkhaqqından 3 faiz hesabına formalaşır.

Azərbaycanda yaşayış minimumu 100 manat təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti