...

Yüksək Texnologiyalar Parkı təlim kursları təşkil edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Mart 2014 13:22 (UTC +04:00)
Yüksək Texnologiyalar Parkı Azərbaycanın bütün iddialı şirkətlərini qlobal satış strategiyalarını aşılayan "İdeyaların bazara çıxarılması" və "Qlobal iddialar, qlobal satış" mövzularında təşkil olunacaq təlim kurslarında iştirak etməyə dəvət edir.
Yüksək Texnologiyalar Parkı təlim kursları təşkil edir

Azərbaycan, Bakı, 6 mart /Trend/

Yüksək Texnologiyalar Parkı Azərbaycanın bütün iddialı şirkətlərini qlobal satış strategiyalarını aşılayan "İdeyaların bazara çıxarılması" və "Qlobal iddialar, qlobal satış" mövzularında təşkil olunacaq təlim kurslarında iştirak etməyə dəvət edir. Trend-in məlumatına görə, təlimlər biliklərə əsaslanan Azərbaycan iqtisadiyyatının artımının dəstəklənməsinə yönələn proqramın bir hissəsi olaraq "YT Park" Azərbaycan tərəfindən təşkil edilmişdir.

Təlim kurslarının məqsədi Azərbaycan şirkətlərinə beynəlxalq səviyyədə öz məhsullarının satışını və xidmətlərini təklif etmələri üçün təsirli strategiya formalaşdırmağa, erkən mərhələdə beynəlxalq səviyyədə rəqabət aparmaq üzrə bacarıqlarını artırmağa kömək etməkdir.

Kurslar Texnoloji Sahibkarlıq Mərkəzinin Massaçusets İnstitutunun təsisçisi və icraçı direktoru, hazırda Barselonada yerləşən "ESADE" Biznes məktəbində fəaliyyət göstərən professor Kennet P.Morse tərəfindən aparılacaq. K.Morse dünya üzrə 10.000-dən artıq sahibkar üçün təlim proqramlarını və 20-dən artıq ölkədə seçilmiş yüksək potensiallı şirkətlər və aparıcı rəhbərlər üçün beynəlxalq səviyyədə akselerator proqramının təlimini də həyata keçirmişdir.

Təlim kursları 2014-cü il 10 mart və 14-15 aprel tarixlərində Bakı şəhərində (Nizami küç., 203b, "AF Business House", 3-cü mərtəbə) keçiriləcəkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti