...

Quba rayonunda dövlətin güzəştli kreditləri hesabına yeni meyvə emalı müəssisələri yaradılır

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Mart 2014 16:59 (UTC +04:00)
Bu gün İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu “Sahibkarlığın inkişafına dövlət dəstəyi” mövzusunda növbəti tədbirini Quba rayonunun Yeni Güləzi kəndində keçirib.
Quba rayonunda dövlətin güzəştli kreditləri hesabına yeni meyvə emalı müəssisələri yaradılır

Azərbaycan, Bakı, 27 mart /Trend/

Bu gün İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu "Sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda növbəti tədbirini Quba rayonunun Yeni Güləzi kəndində keçirib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, 80-ə yaxın sahibkarın iştirak etdiyi tədbirdə Quba rayonunun iqtisadi potensialının reallaşdırılması istiqamətində müzakirələr aparılıb və prioritet hesab olunan 50 başlıq südlük istiqamətli müasir ailə fermer təsərrüfatlarının, müasir çörək istehsalı, meyvə və tərəvəz emalı müəssisələrinin və intensiv bağçılıq təsərrüfatlarının yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb.

Quba Rayon İcra Hakimiyyəti başçısının müavini Yusif Abidov, İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdir müavini Elçin İbrahimov, nazirliyin Quba-Xaçmaz regional bölməsinin müdiri Mətləb Cəfərov çıxışlarında ölkədə davamlı sosial-iqtisadi inkişafa nail olunduğunu, sahibkarlıq fəaliyyətinin genişləndiyini vurğulayıb, ölkənin digər regionları kimi, Qubada da yeni istehsal və xidmət müəssisələrinin, sosial infrastruktur obyektlərinin yaradıldığını, əhalinin məşğulluq səviyyəsinin yüksəldiyini qeyd ediblər.

Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev çıxışında bildirib ki, 2014-cü ilin ötən dövrü ərzində Fondun vəsaitləri hesabına sahibkarlıq subyektlərinin 879 investisiya layihəsinin maliyyələşdirilməsinə 28,1 milyon manat güzəştli kredit verilib. Bu investisiya layihələrinin reallaşdırılması 2100-dən çox yeni iş yerinin yaradılmasına imkan verir.

Qeyd edilib ki, ümumilikdə indiyədək Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 1488 investisiya layihəsinin maliyyələşdirilməsinə 113,6 milyon manat güzəştli kredit verilib, digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan kənd təsərrüfatı üzrə logistik mərkəzlərin, istixana, intensiv bağçılıq, tingçilik və toxumçuluq, meyvə-tərəvəz emalı, üzümçülük təsərrüfatlarının, tara, quru meyvə, tikinti materialları istehsalı müəssisələrinin yaradılması layihələri maliyyələşdirilib. Verilmiş güzəştli kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 3500-dən çox yeni iş yerinin yaradılmasına imkan verir.

Yeni Güləzi kəndində keçirilən "Sahibkarlığın inkişafına dövlət dəstəyi" tədbiri çərçivəsində Quba və ətraf rayonlarda fəaliyyət göstərən 41 sahibkara 646 min manat güzəştli kredit verilib. Bu kreditlər, əsasən, heyvandarlıq, quşçuluq, bağçılıq və s. sahələrinin inkişafına yönəldiləcək və 70-dən çox yeni iş yerinin açılmasına imkan verəcək.

Tədbir çərçivəsində, həmçinin Quba rayonunun Vəlvələ kəndində güzəştli kredit ayrılmış logistik mərkəzin fəaliyyətinə baxış keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti