...

PwC: Azərbaycanda korporativ idarəetmə sahəsində xeyli irəliləyişə nail olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Aprel 2014 14:21 (UTC +04:00)
İnkişaf etmək və səmərəli olmaq istəyən istənilən biznesə korporativ idarəetmə lazımdır.
PwC: Azərbaycanda korporativ idarəetmə sahəsində xeyli irəliləyişə nail olunub

Azərbaycan, Bakı, 3 aprel /Trend, müxbir E.Əliyev/

İnkişaf etmək və səmərəli olmaq istəyən istənilən biznesə korporativ idarəetmə lazımdır. Trend-in məlumatına görə, bunu cümə axşamı "Paşa Bank"ın İdarə Heyətinin üzvü Taleh Kazımov "PricewaterhouseCoopers" beynəlxalq auditor ilə birgə Bakıda biznes forumunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu istiqamət "Paşa Bank" üçün çox vacibdir: "Biz diqqətimizi iştirak etdiyimiz bütün ölkələrdə bazarın korporativ seqmentinə cəmləmişik. Buna görə də bizim üçün korporativ idarəetmənin müasir standartlarının olması olduqca önəmlidir".

PwC-nin Azərbaycandakı idarəetmə meneceri Mövlan Paşayev qeyd edib ki, son bir neçə ildə ölkədə korporativ idarəetmə sahəsində xeyli irəliləyiş əldə olunub: "Biz ciddi müsbət tendensiya görürük və qeyd etmək istəyirəm ki, geriyə yol yoxdur. Azərbaycan biznesi 10-15 il əvvəlki vəziyyətə qayıtmayacaq. Belə ki, reallıqlar dəyişib. "Azərbaycan-2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası, Milli Antikorrupsuya Proqramı və digərləri korporativ idarəetməyə yeni reallıqlar və formalar verir. Uğur və mənfəət qazanmaq istəyən şirkətlər bu yolla gedəcəklər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti