...

Nazirlik: Bakının ictimai nəqliyyatında gediş haqqının süni artırılması yolverilməzdir

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Aprel 2014 14:26 (UTC +04:00)
Tarif (qiymət) Şurasının Bakıda avtobuslarda müəyyənləşdirdiyi gediş haqqının süni artırılması yolverilməzdir.
Nazirlik: Bakının ictimai nəqliyyatında gediş haqqının süni artırılması yolverilməzdir

Azərbaycan, Bakı, 3 aprel /Trend, müxbir E.İsmayılov/

Tarif (qiymət) Şurasının Bakıda avtobuslarda müəyyənləşdirdiyi gediş haqqının süni artırılması yolverilməzdir. Bunu cümə axşamı Trend-ə Nəqliyyat Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Namiq Həsənov deyib.

Onun sözlərinə görə, ictimai nəqliyyatda gediş haqqının süni artırılması yolverilməzdir: "Nazirlik mütəmadi reydlər keçirir və belə faktların qarşısını almaq üzrə tədbirlər görür".

N.Həsənov bildirib ki, ictimai nəqliyyatda gediş haqqını Tarif Şurası müəyyənləşdirdiyinə görə, qiymətin süni artırılması qanun pozuntusudur: "Belə faktlar aşkar edilən zaman qanunu pozanlara qarşı sərt tədbirlər görülür".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti