...

Azərbaycanda sənaye məhsullarının istehsalçı qiymətləri azalıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Aprel 2014 17:12 (UTC +04:00)
2014-cü ilin mart ayında sənaye məhsullarının istehsalçı qiymətləri indeksi əvvəlki ayla müqayisədə 1,2 faiz, o cümlədən mədənçıxarma sənayesi üzrə 1,4 faiz, emal sənayesi üzrə isə 0,3 faiz aşağı düşüb.
Azərbaycanda sənaye məhsullarının istehsalçı qiymətləri azalıb

Azərbaycan, Bakı, 14 aprel /Trend/

2014-cü ilin mart ayında sənaye məhsullarının istehsalçı qiymətləri indeksi əvvəlki ayla müqayisədə 1,2 faiz, o cümlədən mədənçıxarma sənayesi üzrə 1,4 faiz, emal sənayesi üzrə isə 0,3 faiz aşağı düşüb.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, 2014-cü ilin mart ayında mədənçıxarma sənayesi bölməsində istehsalçı qiymətləri xam neft və təbii qaz hasilatı üzrə 1,4 faiz, daş, qum, çınqıl, duz və digər mədənçıxarma sənayesi məhsullarının hasilatı üzrə istehsalçı qiymətləri 0,2 faiz ucuzlaşıb, metal filizlərinin hasilatı üzrə isə 3,0 faiz bahalaşıb.

Mart ayında emal sənayesi bölməsində istehsalçı qiymətləri kimya sənayesi üzrə 2,0 faiz, poliqrafiya fəaliyyəti üzrə 1,9 faiz, toxuculuq sənayesi üzrə 1,6 faiz, metallurgiya sənayesi üzrə 1,5 faiz, neft məhsullarının istehsalı və içki istehsalı üzrə 0,6 faiz, maşın və avadanlıqların istehsalı üzrə 0,5 faiz ucuzlaşıb, qida məhsullarının istehsalı üzrə 2,0 faiz, tikinti məmulatlarının istehsalı üzrə 0,6 faiz, mebel istehsalı üzrə 0,3 faiz, ağac emalı və ağacdan məmulatların istehsalı üzrə 0,2 faiz, geyim istehsalı üzrə isə istehsalçı qiymətləri 0,1 faiz bahalaşıb.

Ay ərzində elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsi və su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsi üzrə isə heç bir dəyişiklik müşahidə olunmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti