...

“Atəşgah” Sığorta Şirkəti KASKO üzrə iri sığorta ödənişləri həyata keçirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Aprel 2014 11:11 (UTC +04:00)
Azərbaycanın lider sığortaçılarından biri olan “Atəşgah” Sığorta Şirkəti 2014-cü ilin əvvəlindən KASKO üzrə növbəti iri sığorta ödənişlərini həyata keçirib.
“Atəşgah” Sığorta Şirkəti KASKO üzrə iri sığorta ödənişləri həyata keçirib

Azərbaycan, Bakı, 16 aprel /Trend/

Azərbaycanın lider sığortaçılarından biri olan "Atəşgah" Sığorta Şirkəti 2014-cü ilin əvvəlindən KASKO üzrə növbəti iri sığorta ödənişlərini həyata keçirib.

Şirkətdən Trend-ə verilən məlumata görə, məbləği 14 000 AZN təşkil edən sığorta ödənişi idarəsini itirib aşmış Volkswagen Passat CC markalı avtomobilin sahibinə verilib. Hadisə Bakı-Qazax magistral yolunun 371-ci km-də baş verib.

Digər hadisə Bakı-Qazax magistral yolunun 180-ci km-də baş verib.

Kia Sorento markalı avtomobil idarəsini itirərək aşmışdır. Müştəriyə KASKO sığortası üzrə 16 600 AZN ödəniş həyata keçirilib.

Bu ilin fevralında isə paytaxtın Bakıxanov və R. Behbudov küçələrinin kəsişməsində Volkswagen Passat CC və Hyundai Sonata markalı avtomobillər toqquşub.

Bu hadisəyə görə ödəniş - 14.205 AZN Volkswagen Passat CC markalı avtomobilin sahibinə verilib.

"Atəşgah" Sığorta Şirkəti 1996-cı ilin sonunda təsis edilmişdir. "Atəşgah" ASC SŞ və "Atəşgah Həyat" ASC SŞ "Atəşgah" Sığorta Qrupuna daxildir.

2013-cü ilin nəticələrinə görə, "Atəşgah" SQ Azərbaycan sığorta şirkətlərinin renkinq siyahısında lider mövqelərdən birini tutur. Bu dövr ərzində Qrupun sığorta haqları 61,2 mln. AZN, ödənişləri isə
18 mln. AZN təşkil etmişdir. "Atəşgah" SQ müştərilərinə 20-dən artıq sığorta növü üzrə xidmət göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti