Azərbaycan, Bakı, 21 aprel /Trend, müxbir E.İsmayılov/
Xəzərdə Bakı, Türkmənbaşı və digər limanlar arasında Azərbaycan gəmilərinin dəniz yolu ilə yükdaşımalarında heç bir problem yoxdur. Bunu bazar ertəsi Trend-ə "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-dən deyiblər.
QSC-dən bildiriblər ki, qeyd edilən limanlar arasında bütün yükdaşımalar, o cümlədən tankerlərlə daşımalar əldə edilən razılaşmalara uyğun həyata keçirilir.
Qeyd edək ki, 2014-cü ilin yanvar-mart aylarında Azərbaycanın nəqliyyat sektoru ilə 49,2 milyon ton yük daşınıb ki, bu da ötən ilin müvafiq dövründən 1,5 faiz çoxdur. I rübdə dəniz nəqliyyatı ilə 2,4 milyon ton yük daşınıb.