...

İlin əvvəlindən Azərbaycanla Gürcüstan arasında əmtəə dövriyyəsi 319 milyon dolları ötüb

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Aprel 2014 11:29 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 aprel /Trend, müxbir E.Əliyev/

Azərbaycan Gürcüstanın ən iri xarici ticarət tərəfdaşları arasında tutduğu ikinci yerini saxlayıb. Bu barədə bazar ertəsi Trend-ə Gürcüstan Statistika İdarəsindən bildiriblər.

Yanvar-mart aylarında iki ölkə arasında ticarət dövriyyəsi 319,75 milyon dollar təşkil edib. Bununla yanaşı iki ölkə arasında xarici ticarət əməliyyatlarının həcmi il ərzində 7,7 faiz artıb. Müqayisə üçün, ötən ilin eyni dövründə bu rəqəm 296,9 milyon dollardan azacıq çox olub.

Gürcüstanın xarici ticarət tərəfdaşları arasında birinci yeri yenə də Türkiyə tutub. Bu ölkə ilə Gürcüstanın ticarət dövriyyəsi 368,4 milyon dollar təşkil edib. Üçüncü yeri 190,3 milyon dollarla Rusiya tutur.

Ümumilikdə, 2014-cü ilin yanvar-mart aylarında Gürcüstanın ümumi xarici ticarət dövriyyəsi 2,52 milyarad dollar olub ki, bu da ötən ilin analoji dövründəkindən 18 faiz çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti