...

Ekspert: Azərbaycanın ixtisaslı qiymətləndiricilərə ehtiyacı var

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 May 2014 11:40 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 may /Trend, müxbir E.Əliyev/

Azərbaycan bazarına 400-ə yaxın peşəkar qiymətləndirici lazımdır. Rusiya Qiymətləndiricilər Cəmiyyətinin vitse-prezidenti İqor Artyomenkov belə hesab edir.

O, Trend-ə bildirib: "Biz müxtəlif layihələr çərçivəsində Beynəlxaq Maliyyə Korporasiyası ilə, eləcə də Azərbaycanla uzun müddətdir əməkdaşlıq edirik. Qeyd etməliyəm ki, son illər ölkədə bu sahənin keyfiyyəti yüksəlib, qiymətləndiricilərin isə peşəkarlıqları artıb".

Onun sözlərinə görə, rəhbəri olduğu Rusiyanın "Beynəlxalq Qiymət Mərkəzi" QSC Beynəlxaq Maliyyə Korporasiyasının qiymətləndiricilərin tədrisi və ixtisaslarının artırılması üzrə proqramın hazırlanması və həyata keçirilməsi üzrə tenderinin qalibi olub.

İ.Artyomenkov qeyd edib ki, həmin proqram Azərbaycanda da həyata keçiriləcək: "Biz yerli bazarı araşdırmışıq, onun iştirakçıları, bankların, bank olmayan kredit təşkilatlarının, lizinq və sığorta şirkətlərinin nümayəndələri ilə görüşmüşük. Habelə hansı daşınan əmlak obyektlərinin kreditlər üçün girov ola biləcəyi və digər aspektlər təhlil edilib. Hesab edirəm ki, bankların, bank olmayan kredit təşkilatlarının, lizinq və sığorta şirkətlərinin və digər şirkətlərin ixtisaslı qiymətləndiricilərə ehtiyacı olacaq. Proqramımızın birinci mərhələsində metodiki dərsliklər, sonralar isə tədris kursları və imtahan proqramları hazırlanacaq".

O, əlavə edib ki, üç ay müddətinə nəzərdə tutulan bu proqramın reallaşmasına cari ilin sentyabrından start veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti