...

Azərbaycan hökuməti və Asiya İnkişaf Bankı arasında yol layihəsi üzrə kredit müqaviləsi imzalanıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 May 2014 17:24 (UTC +04:00)
Bu gün Astanada Asiya İnkişaf Bankının (AİB) Rəhbərlər Şurasının 47-ci illik toplantısı çərçivəsində Azərbaycan hökuməti və Asiya İnkişaf Bankı arasında AİB tərəfindən maliyyələşəcək “Yol şəbəkəsinin İnkişafı Proqramı – Layihə 4” üzrə kredit müqaviləsi imzalanıb.
Azərbaycan hökuməti və Asiya İnkişaf Bankı arasında yol layihəsi üzrə kredit müqaviləsi imzalanıb

Azərbaycan, Bakı, 5 may /Trend/

Bu gün Astanada Asiya İnkişaf Bankının (AİB) Rəhbərlər Şurasının 47-ci illik toplantısı çərçivəsində Azərbaycan hökuməti və Asiya İnkişaf Bankı arasında AİB tərəfindən maliyyələşəcək "Yol şəbəkəsinin İnkişafı Proqramı - Layihə 4" üzrə kredit müqaviləsi imzalanıb.

Maliyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, Azərbaycanın maliyyə naziri Samir Şərifov və AİB-in prezidenti Takehiko Nakaonun imzaladığı saziş Ağstafa-Poylu-Sadıqlı-Gürcüstan dövlət sərhədi və Poylu-Düzqışlaq-Qazax avtomobil yolları üzərində yerləşən dörd körpünün tikintisinin maliyyələşdirilməsini nəzərdə tutur və ümmumi dəyəri 45.0 milyon ABŞ dolları təşkil edir.

Layihə Asiya İnkişaf Bankı tərəfindən Azərbaycan hökumətinə əvvəlcədən təsdiq olunmuş Çoxtranşlı Maliyyələşmə Mexanizmi çərçivəsində qalıq qalan hissə kimi ayrılacaq.

İmzalanma mərasimində Azərbaycan ilə Asiya İnkişaf Bankı arasında əməkdaşlığın uğurla inkişaf etdiyi vurğulanıb, ölkəmizin AİB ilə birgə həyata keçirdiyi su, nəqliyyat və digər infrastruktur layihələrinin əhəmiyyəti qeyd olunub, bu əməkdaşlığın digər sahələrdə də genişlənəcəyinə əminlik ifadə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti