...

Azərbaycan 2014-cü il dövlət büdcəsinin proqnozlarına yenidən baxılmasını hələlik dəqiqləşdirməyib

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 May 2014 12:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 9 may /Trend, müxbir E.İsmayılov/

Azərbaycanın 2014-cü il dövlət büdcəsinin proqnozlarına yenidən baxılması sual altında qalır.

Maliyyə naziri Samir Şərifov bu ilin dövlət büdcəsinə düzəlişlər edilməsinin mümkünlüyü məsələsini şərh edərkən jurnalistlərə bildirib ki, bu məsələ ilə bağlı məlumata malik deyil. Bu ilin dövlət büdcəsinə düzəlişlər ediləcəyi halda qanun layihəsi may ayında parlamentə təqdim ediləcək.

Nazirin sözlərinə görə, mayın 16-da Milli Məclisdə 2013-cü ildə ölkənin dövlət büdcəsinin icrasına dair hesabata baxılacaq.

S.Şərifov ipoteka kreditlərinin maliyyələşdirilməsi həcmlərinin artırılması barədə suala cavab verərkən qeyd edib ki, bu il dövlət sosial ipoteka vəsaitlərinin həcmini ikiqat artırıb.

Bu il güzəştli şərtlərlə ipoteka kreditlərinin maliyyələşdirilməsi üçün 40 milyon manat nəzərdə tutulub. Azərbaycan Mərkəzi Bankı yanında İpoteka Fondunun xətti ilə sosial və adi ipoteka kreditləri verilir. Adi ipotekaların maliyyələşdirilməsi ipoteka istiqrazlarının yerləşdirilməsindən əldə olunan vəsait hesabına həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti