...

Azərbaycan və Fransa prezidentləri müştərək biznes forumda iştirak edirlər (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 May 2014 13:50 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev və Fransa Prezidenti Fransua Olland bazar ertəsi Bakıda keçirilən Azərbaycan-Fransa biznes forumunda iştirak edirlər.
Azərbaycan və Fransa prezidentləri müştərək biznes forumda iştirak edirlər (FOTO)

Azərbaycan, Bakı, 12 may /Trend, müxbir E.Əliyev/

Azərbaycan Prezidenti İlham Əliyev və Fransa Prezidenti Fransua Olland bazar ertəsi Bakıda keçirilən Azərbaycan-Fransa biznes forumunda iştirak edirlər.

Trend-in məlumatına görə, dövlət başçıları biznes forumda çıxış ediblər.

Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev bildirib ki, iki ölkə arasında siyasi və iqtisadi münasibətlər yüksələn xətt üzrə inkişaf edir: "Bunda hər iki dövlətin rəhbərlərinin qarşılıqlı səfərləri mühüm rol oynayıb. Ölkələrimiz arasında ümumilikdə 45 müqavilə və müxtəlif sənədlər imzalanıb ki, onlardan da 17-si iqtisadi əməkdaşlığa aiddir. Fransa, həmçinin ölkəmizin mühüm ticarət tərəfdaşlarından biridir: ötən il ölkələrimiz arasında ticarət dövriyyəsi 1,56 milyard dollar təşkil edib, 2014-cü ilin birinci rübünün yekunları üzrə isə 370 milyon dollardan çox olub və bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 50 faizdən çox artıb. Bir milyard dollardan artıq məbləğdə birgə layihələr reallaşdırılıb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti