...

ƏƏSMN: Bu ilin aprel ayında 562 nəfər işçi ilə işəgötürən arasında əmək münasibətləri leqallaşdırılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 May 2014 10:45 (UTC +04:00)
Cari ilin aprel ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) ayrı-ayrı müəssisələrdə əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti zamanı 562 nəfər işçi ilə işəgötürən arasında əmək müqavilələrinin bağlanılmasını təmin edib.
ƏƏSMN: Bu ilin aprel ayında 562 nəfər işçi ilə işəgötürən arasında əmək münasibətləri leqallaşdırılıb

Azərbaycan, Bakı, 14 may /Trend/

Cari ilin aprel ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) ayrı-ayrı müəssisələrdə əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti zamanı 562 nəfər işçi ilə işəgötürən arasında əmək müqavilələrinin bağlanılmasını təmin edib.

ƏƏSMN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, eyni zamanda, işəgötürənlər və əmək kollektivləri arasında tərəflərin razılığı əsasında əmək münasibətlərinə dair əlavə şərtləri müəyyən edən 28 kollektiv müqavilə bağlanılıb.

Qeyd olunan müddətdə ümumilikdə 10 946 manat gecikdirilmiş sosial xarakterli ödəmələrin işəgötürənlər tərəfindən işçilərə ödənilməsi də təmin olunub. Bu məbləğin 9129 manatını əmək haqları, 612 manatını zərərə görə ödənclər, 1205 manatını isə sosial müavinət və kompensasiyalar təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti