...

Bakı dəniz limanı yüklərin daşınmasını azaldıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 May 2014 19:21 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 may /Trend, müxbir E.İsmayılov/

Bakı Beynəlxalq Dəniz Ticarət Limanı vasitəsilə cari ilin yanvar-aprel aylarında 1,89 milyon ton müxtəlif növ yük daşınıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 13 faiz azdır. Bunu Trend-ə limandakı mənbə deyib.

Ötən il ümumilikdə liman vasitəsilə 6,55 milyon ton müxtəlif növ yük daşınıb ki, bu da 2012-ci ilin analoji dövrünün göstəricisindən 8 faiz çoxdur.

Mənbə bildirib ki, yanvar-apreldə liman vasitəsilə daşınmış yüklərin ümumi həcminin 1,17 min tonu bərə ilə daşınan yüklərin payına düşüb. Bu, 2013-cü ilin müvafiq dövrünün göstəricisindən 18 faiz azdır.

2014-cü ilin yanvar-aprel aylarında limanın quru yük terminalı ilə 325 min ton yük daşınıb ki, bu da ötən ilin eyni dövrünün göstəricisini 5 faiz üstələyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti