...

"AtaSığorta" təkrarsığorta fəaliyyəti ilə məşğul olmaq üçün müddətsiz lisenziya alıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 May 2014 17:19 (UTC +04:00)
Azərbaycan Maliyyə Nazirliyi tərəfindən “AtaSığorta” ASC-yə 06 may 2014-cü il tarixindən etibarən təkrarsığorta fəaliyyəti ilə məşğul olmaq üçün müddətsiz lisenziya verilib.
"AtaSığorta" təkrarsığorta fəaliyyəti ilə məşğul olmaq üçün müddətsiz lisenziya alıb

Azərbaycan, Bakı, 30 may /Trend/

Azərbaycan Maliyyə Nazirliyi tərəfindən "AtaSığorta" ASC-yə 06 may 2014-cü il tarixindən etibarən təkrarsığorta fəaliyyəti ilə məşğul olmaq üçün müddətsiz lisenziya verilib.

Artıq 10 ildir ki, Azərbaycan sığorta bazarında uğurla fəaliyyət göstərən "AtaSığorta" bu illər ərzində bir çox uğurlara imza atıb.

Qeyd edək ki, fəaliyyətinin əsas prinsipini müştəri məmnuniyyəti üzərində quran şirkət davamlı olaraq yeni məhsullar hazırlayır və müştərilərinə yüksək xidmət göstərməyə çalışır. "AtaSığorta" paytaxt və regionlardakı əhatə dairəsini genişləndirir, nizamnamə kapitalını artırır və bütün bu amillər son nəticədə "AtaSığorta"nı etibarlı sığorta tərəfdaşına çevirir.

İdarə Heyətinin sədri M.Əliyev şirkətə müddətsiz təkrarsığorta lisenziyasının verilməsi ilə bağlı qeyd edib: "Şirkətimizə təkrarsığorta fəaliyyəti ilə məşğul olmaq üçün müddətsiz lisenziyanın verilməsi əlamətdar haldır. Qanunvericilikdə həyata keçirilən müsbət dəyişikliklər sığorta şirkətlərinin inkişafını təmin etməklə onların ödəniş qabiliyyətini və maliyyə dayanıqlığını təmin edir. İnanırıq ki, "AtaSığorta" bundan sonra birbaşa sığorta fəaliyyəti ilə yanaşı, sığorta sektorunda aktiv təkrarsığortaçı kimi də inkişaf edəcək".

"AtaHolding" Şirkətlər Qrupuna daxil olan "AtaSığorta" 2004-cü ildən sığorta bazarında fəaliyyət göstərir. Şirkət 22 könüllü və 4 icbari sığorta növü üzrə müştərilərinə xidmət göstərir. İcbari Sığorta Bürosunun təsisçisi və iştirakçısıdır. "AtaSığorta" ASC-nin xidmət şəbəkəsinə 5 filial, 6 nümayəndəlik və 6 satış ofisi daxildir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti