...

Samir Şərifov: Azərbaycan suveren istiqrazların buraxılışını davam etdirəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 İyun 2014 11:10 (UTC +04:00)
Azərbaycan perspektivdə suveren istiqrazların ikinci buraxılışını həyata keçirmək niyyətindədir. Bu barədə Trend-ə Azərbaycanın maliyyə naziri Samir Şərifov bildirib.
Samir Şərifov: Azərbaycan suveren istiqrazların buraxılışını davam etdirəcək

Azərbaycan, Bakı, 10 iyun /Trend, müxbir E.Əliyev/

Azərbaycan perspektivdə suveren istiqrazların ikinci buraxılışını həyata keçirmək niyyətindədir. Bu barədə Trend-ə Azərbaycanın maliyyə naziri Samir Şərifov bildirib.

Nazir detalları açıqlamadan deyib: "İstiqrazların buraxılışı bu il gözlənilmir".

S.Şərifovun sözlərinə görə, eyni zamanda emissiyanın valyutası avro olmayacaq.

Şərifov Azərbaycan hökumətinin suveren istiqrazların ilk uğurlu yerləşdirməsinin təkrarlanmasının mümkünlüyünü qeyd edərək deyib: "Buraxılış olacaq, amma avroda yox".

2014-cü il martın 10-da ölkə tarixində ilk dəfə olaraq Avropa istiqrazlarının yerləşdirilməsi baş tutub. Yerləşdirmənin həcmi 1,25 milyard dollar, ödəniş müddəti 10 ildir. Yerləşdirməyə tələb onun həcmini 4 dəfə üstələyib və dünyanın 160 ölkəsindən investorların diqqətini cəlb edib. Yerləşdirmənin təxminən yarısı amerikalı sərmayəçilər tərəfindən alınıb. Britaniyalı sərmayəçilər istiqrazların 25 faizini, Almaniyadan olan investorlar 18 faizini alıblar. Yerdə qalan 10 faiz başqa ölkələrdən, o cümlədən Sinqapur və İsraildən olan investorlar tərəfindən alınıb. Buraxılışın gəlirliliyi US Treasuries-ə (ABŞ-ın xəzinə istiqraz vərəqələrinə) 222 baza bəndi təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti