...

Azərbaycan gömrüyü dövlət büdcəsinə illik proqnozun təxminən 40 faizini köçürüb

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 İyun 2014 12:37 (UTC +04:00)
Dövlət Gömrük Komitəsi (DGK) 2014-cü ilin yanvar-may aylarında gömrük rüsumları və vergilərinin yığılması hesabına dövlət büdcəsinə 597,49 milyon manat vəsait köçürüb ki, bu da illik proqnozun təxminən 40 faizini təşkil edir.
Azərbaycan gömrüyü dövlət büdcəsinə illik proqnozun təxminən 40 faizini köçürüb

Azərbaycan, Bakı, 11 iyun /Trend, müxbir E.Əliyev/

Dövlət Gömrük Komitəsi (DGK) 2014-cü ilin yanvar-may aylarında gömrük rüsumları və vergilərinin yığılması hesabına dövlət büdcəsinə 597,49 milyon manat vəsait köçürüb ki, bu da illik proqnozun təxminən 40 faizini təşkil edir. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Komitənin rəsmi saytında yerləşdirilən hesabatda deyilir.

Məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə gömrük yığımlarından xəzinəyə daxilolmalar 14,3 faiz təşkil edir.

Hesabata görə, mayda daxilolmalar 133,57 milyon manat olub ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 13,98 faiz çoxdur.

Mayda gömrük rüsumlarından dövlət büdcəsinə daxilolmalar 20,61 milyon manat (2013-cü ilin mayındakı 23,1 milyon manat qarşı), idxal edilən malların əlavə dəyər vergisi 105,42 milyon manat (88,52 milyon manat), aksizlər 6,13 milyon manat (3,94 milyon manat), yol vergisi isə 1,42 milyon manat (1,63 milyon manat) təşkil edib.

DGK-nın xətti ilə 2014-cü il üzrə ayırmaların proqnozu 1,52 milyard manat həcmində müəyyən edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti