...

“Keyfiyyətli Xidmət - Uğurun Əsasıdır” - Zaqatala rayonunda realizə edilən təlim Proqramı.

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 İyun 2014 13:58 (UTC +04:00)
“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” nın müddəalarından və məqsədlərindən irəli gələn ölkənin regional turizm sektorunun inkişafı və bu istiqamətdə görülən işlər Hotellər və Restoranlar Assosiasiyasının fəaliyyətində mühüm istiqamət tutur.
“Keyfiyyətli Xidmət - Uğurun Əsasıdır” - Zaqatala rayonunda realizə edilən təlim Proqramı.

Azərbaycan, Bakı, 12 iyun /Trend/

"Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" nın müddəalarından və məqsədlərindən irəli gələn ölkənin regional turizm sektorunun inkişafı və bu istiqamətdə görülən işlər Hotellər və Restoranlar Assosiasiyasının fəaliyyətində mühüm istiqamət tutur.

Hotellər və Restoranlar Assosiasiyasının "Regionlarda hotellərin və restoranların göstərdikləri müştəri xidmətlərinin təkmilləşməsinə yardım" Layihəsi Azərbaycan Respublikasının regionlarının turizm potensialının, o cümlədən qonaqpərvərlik sənayesi məsissələrinin təklif etdikləri xidmət səviyyəsinin təkmilləşdirilməsinə və dünya standartlarına uyğunlaşmasına yardımçı missiyası daşıyır.

Ölkədə yay turizm mövsümünün başlaması ilə əlaqədar bu Layihəyə start verilmişdir və "Keyfiyyətli Xidmət-Uğurun Əsasıdır" adlı ilk təlimlər Zaqatala rayonunda fəaliyyət göstərən müəsissələrin əməkdaşları üçün 8-10 İyun, 2014-cü il tarixlərində keçirilmişdir.

Qonaqpərvərlik sənayesində çalışan masa xidmətçiləri, resepşionistlər, xadimələr və bir sıra digər peşələr üzrə Asoosiasiyanın təlimçiləri ekspres treninqlər keçirərək onların peşə bilik və bacarıqlarının təkmilləşməsinə və artmasına yardımçı olurlar. Təlimlər Assosiasiyanın peşəkar təlimçiləri Rəmiş Quliyev və Seyran Qurbanov tərəfindən keçirilmişdirlər.

Layihənin Koordinatoru ATİ-nin müəlliməsi və Assosiasiyanın İdarə Heyətinin Üzvü Dinara Ağaliyeva qeyd etmişdir ki, regionların turizm potensialının inkişafına və yerlərdə təqdim edilən xidmətlərin səviyyəsinin artmasına və təkmilləşməsinə yönəlmiş təlimlər yay turizm mövsümü ərzində ölkənin digər bölgələrindədə keçirilməsi nəzərdə tutulmuşdur. Bu kimi layihələrin realizəsində bütün maraqlı tərəflərin Assosiasiyaya yardımçı olması zəruridir. O, qeyd edilmişdir ki, keçirilən təlimlərin realizə edilməsində Zaqatala rayonu İcra Hakimiyyəti, Mədəniyyət və Turizm Şöbəsi, "Çalğalıq" Ailəvi İstirahət Mərkəzi, İS Hotel, "Zaqatala" Hoteli və Zaqatala Olimpiya Kompleksi Assosiasiyaya yardımçı olmuşdurlar. Təlimərdə "Sumo", "İS", "Qrata", "Zaqatala", "Turqut" hotellərinin, "Talaçay", "Ağ Saray" şadlıq saraylarının, "Çalqalıq" restoranının və digərlərinin əməkdaşları iştirak etmişdirlər.

Tədbirin partnyoru qismində Print Art Document Centre, Nova Net, Luxury Candles Azerbaijan şirkətləri iştirak etmişdirlər. Qeyd etmək istərdik ki, NovaNet şirkətinin (http://novadotnet.com/en/) proqram məhsulu olan İnOtel yeganə və ilk milli proqram təminatı olaraq hotellər üçün avtomatlaşdırma xidmətləri təklif edir. Tədbirin digər partnyoru, Print Art Doccentre (www.doccentre.az) şirkəti yüksək keyfiyyətli və sürətli rəqəmsal çap məhsulları sahəsində xidmətlər göstərir. Luxury Candles Azerbaijan restoranlar, hotellər və digər müəsissələr üçün İspaniya istehsalı olan dekorativ işıqlandırma cihazlarını təklif edir (https://www.facebook.com/luxurycandle).

Hotellər və Restoranlar Assosiasiyası, göstərilən köməyə görə partnyor şirkətlərə və o cümlədən təşkilatı dəstəyə görə AR Zaqatala rayonu İcra Hakimiyyətinin Başçısı cənab Mübariz Əhmədzadəyə, Zaqatala rayonu Mədəniyyət və Turizm Şöbəsinin müdiri xanım Zümrüd Ağakişiyevaya Assosiasiyanın təşəbbüsünü dəsdəklədiklərinə görə dərin minnətdarlığını bildirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti