...

Borclu vergi ödəyicilərinin əmlakı siyahıya alınıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 İyun 2014 17:17 (UTC +04:00)
İyun ayının 9-10-da Bakı şəhəri Vergilər Departamentinin Vergi borclarının alınması İdarəsinin əməkdaşları tərəfindən siyahıya alınma tədbirləri keçirilib.
Borclu vergi ödəyicilərinin əmlakı siyahıya alınıb

Azərbaycan, Bakı, 12 iyun /Trend/

İyun ayının 9-10-da Bakı şəhəri Vergilər Departamentinin Vergi borclarının alınması İdarəsinin əməkdaşları tərəfindən siyahıya alınma tədbirləri keçirilib.

Vergilər Nazirliyinin Analitik-informasiya şöbəsindən Trend-ə verilən məlumata görə, Xəzər rayonu, Qala qəsəbəsində yerləşən "Bakıelektromaşın" ASC-nin fəaliyyəti vergi orqanları tərəfindən araşdırılarkən onun 98 min 786 manat məbləğində vergi borcunun yarandığı müəyyən edilib, bu barədə vergi ödəyicisinə bildiriş göndərilsə də, borc qanunvericilikdə nəzərdə tutulan müddətdə ödənilməyib. Yaranmış vergi borcunun ödənilməsini təmin etmək üsulu kimi, Vergi Məcəlləsinin 89-cu maddəsinə əsasən may ayının 21-də əmlakın siyahıya alınması haqqında qərar çıxarılıb və vergi ödəyicisinə məxsus 120 min manat dəyərində torpaq sahəsi müəyyən edilmiş qaydada siyahıya alınıb.

Yasamal rayonu, Salatın Əsgərova küçəsi, ev 87 ünvanda yerləşən daşınmaz əmlakın istismarı və kirayəyə verilməsi ilə məşğul olan "AZACO" şirkətində də əmlakın siyahıya alınması tədbirləri keçirilib, tədbir zamanı 45 min 683 manat vergi borcu müqabilində 50 min manat dəyərində olan torpaq sahəsi siyahıya alınıb.

Vergi əməkdaşları tərəfindən Bakı-Quba yolunun Üzvi Sintez zavodu ərazisində yerləşən hissəsindəki "Azərkarton" MMC-də də əmlakın siyahıya alınması tədbirlərini həyata keçirilib. Kağız və karton məhsullarının istehsalı ilə məşğul olan vergi ödəyicisinin fəaliyyəti araşdırılarkən onun 13 min 913 manat məbləğində borcunun yarandığı müəyyən edilib, borcun ödənilməsini təmin etmək üsulu kimi, müəssisədəki 3 min manat dəyərində olan dəzgah və avadanlıq müəyyən edilmiş qaydada siyahıya alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti