...

Azərbaycan və Uruqvay arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında saziş imzalanıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 İyun 2014 13:09 (UTC +04:00)
Uruqvay Şərq Respublikası Milli Gömrük İdarəsinin Baş direktoru, ÜGT-nin Latın Amerikası regionu üzrə sədr müavini Enrike Kanon Pedraqosanın dəvəti ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, ÜGT-nin Avropa regionu üzrə sədr müavini Aydın Əliyevin rəhbərliyi altında nümayəndə heyəti bu ölkədə rəsmi səfərdə olub.
Azərbaycan və Uruqvay arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında saziş imzalanıb

Azərbaycan, Bakı, 17 iyun /Trend/

Uruqvay Şərq Respublikası Milli Gömrük İdarəsinin Baş direktoru, ÜGT-nin Latın Amerikası regionu üzrə sədr müavini Enrike Kanon Pedraqosanın dəvəti ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, ÜGT-nin Avropa regionu üzrə sədr müavini Aydın Əliyevin rəhbərliyi altında nümayəndə heyəti bu ölkədə rəsmi səfərdə olub.

DGK-nin mətbuat xidmətindən Trend-ə daxil olan məlumata görə, səfər çərçivəsində iki ölkənin gömrük rəhbərləri arasında keçirilmiş görüşdə gömrük sahəsində əməkdaşlığın inkişafı və təcrübə mübadiləsinin həyata keçirilməsi ətrafında fikir mübadiləsi aparılıb. Sonra Azərbaycan nümayəndə heyəti Uruqvay Gömrüyünün əməliyyat xidməti ilə tanış olub.

Ardınca Uruqvay Şərq Respublikasının Xarici İşlər Nazirliyinin binasında "Azərbaycan Respublikası Hökuməti və Uruqvay Şərq Respublikasının Hökuməti arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında saziş"in imzalanması mərasimi keçirilib. Mərasimdə Uruqvay XİN-in və digər dövlət qurumlarının rəsmiləri iştirak ediblər.

Səfər çərçivəsində Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev Uruqvay Şərq Respublikası Parlamentinin Nümayəndələr Palatasının sədri Anibal Pereyra, Uruqvay parlamentində fəaliyyət göstərən Azərbaycanla parlamentlərarası dostluq qrupunun üzvləri, Uruqvayın İqtisadiyyat və Maliyyə naziri Mario Berqara, Kənd Təsərrüfatı, Heyvandarlıq və Balıqçılıq naziri Tabare Aquerre ilə də fərdi görüşlər keçirərək iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi ətrafında müzakirələr aparıb.

Səfər zamanı Azərbaycan Respublikasının Uruqvay Şərq Respublikasında yenicə fəaliyyətə başlamış diplomatik missiyası adından təşkil olunmuş ziyafətdə müxtəlif dövlət qurumlarının rəhbər vəzifəli şəxsləri, Uruqvay Senatının və Nümayəndələr Palatasının üzvləri, siyasi partiyaların rəhbərləri, aparıcı siyasətçiləri iştirak etmişlər.

Səfər çərçivəsində Azərbaycan mədəniyyətinin təbliği məqsədilə də bir sıra tədbirlər, o cümlədən Montevideonun tanınmış "KIBON Avanza" tədbirlər mərkəzində "Gömrük mədəni irsin keşiyində" adlı sərgi, Azərbaycan incəsənət ustalarının iştirakı ilə geniş konsert proqramı və ziyafət keçirilmişdir. Tədbirin açılış mərasimində Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev, iqamətgahı Buenos-Ayres şəhərində olmaqla Azərbaycanın Uruqvaydakı səfiri Məmməd Əhmədzadə, Uruqvay Gömrüyünün rəhbəri Enrike Kanon Pedraqosa çıxış etmişlər. Tədbirdə Uruqvayın tanınmış simaları və yüksək dövlət rəsmiləri, o cümlədən sabiq prezident Luis Alberto Lacalle, Nümayəndələr Palatasının sədri Anibal Pereyra, parlamentarlar, diplomatik korpusun, mədəniyyət, akademik, işgüzar çevrələrin nümayəndələri olan 400-ə yaxın şəxs iştirak etmişdir.

Habelə, səfər vaxtı Dövlət Gömrük Komistəsinin sədri Aydın Əliyevin Uruqvay Milli Kitabxanasının direktoru, tanınmış yazıçı Karlos Liskano ilə görüşündə kitabxanaya Azərbaycan haqda kitablar təqdim edilmişdir. Nümayəndə heyəti Uruqvay İncəsənət Tarixi Muzeyini də ziyarət edərək muzeyə Azərbaycan xalçası və rəsm əsəri bağışlamışdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti