...

İlin əvvəlindən Azərbaycanda əsas kapitala qoyulan xarici investisiyalar 2 milyard dolları ötüb

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 İyun 2014 19:03 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 iyun /Trend, müxbir Zülfiyyə Qurbanova/

2014-cü ilin yanvar-may aylarında Azərbaycanda əsas kapitala qoyulan xarici investisiyaların ümumi həcmi 1,81 milyard manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 18,3 faiz çoxdur. Trend-in məlumatına görə, bu barədə Dövlət Statistika Komitəsinin hesabatında deyilir.

Xarici ölkələr və beynəlxalq təşkilatlar tərəfindən yanvar-may aylarında əsas kapitala qoyulan sərmayələrin 80,1 faizi (1452,2 milyon manat) Böyük Britaniya, Norveç ABŞ, Türkiyə, Yaponiya və Fransa investorlarının payına düşür.

Əvvəlki kimi Böyük Britaniya liderlik mövqeyini qoruyur. Onun xarici investisiyaların ümumi həcmində xüsusi çəkisi 30,5 faiz, investisiyaların özü isə 553,9 milyon manat təşkil edib.

Hesabat dövründə ölkə iqtisadiyyatına Norveç 317,74 milyon manat (xüsusi çəkisi 17,5 faiz), ABŞ 186,84 milyon manat (10,3 faiz), Türkiyə 174,98 milyon manat (9,7 faiz), Yaponiya 113,72 milyon manat (6,3 faiz), Fransa 105 milyon manat (5,8 faiz), İran isə 100,91 milyon manat (5,6 faiz) investisiya qoyub.

Beynəlxalq maliyyə institutlarından ən böyük investisiya həcmi Dünya Bankı tərəfindən qoyulub (1,8 faiz xüsusi çəki ilə 32,97 milyon manat). Asiya İnkişaf Bankı yanvar-may aylarında Azərbaycanda layihələrin reallaşdırılmasına 18,01 milyon manat (1 faiz), AYİB isə 2,9 milyon manat (0,1 faiz) ayırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti