...

Şahmar Mövsümov Bank VTB ASC-nin Müşahidə Şurasına üzv seçilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 İyun 2014 18:09 (UTC +04:00)
Qeyd edək ki, 2013-cü ildə ARDNF Bank VTB ASC tərəfindən yeni emissiya edilmiş 500 milyon ABŞ dolları həcmində səhmləri alaraq bankın ümumi səhm kapitalında 2,99%-lik paya sahib olub.
Şahmar Mövsümov Bank VTB ASC-nin Müşahidə Şurasına üzv seçilib

Azərbaycan, Bakı, 23 iyun /Trend/

2014-cü il iyunun 20-də Rusiyanın Sankt-Peterburq şəhərində Bank VTB ASC-nin səhmdarlarının ümumi illik yığıncağı keçirilib. Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru Şahmar Mövsümov bankın Müşahidə Şurasının müstəqil üzvü kimi iclasda iştirak edib.

Fonddan Trend-ə verilən məlumata görə, yığıncaqda bankın 2013-cü il üçün illik maliyyə hesabatlarının təsdiqi, 2013 əməliyyat ilinin sonuna mənfəətin bölüşdürülməsi, Müşahidə Şurasının 11 nəfərdən ibarət yeni tərkibinin təsdiqlənməsi, bankın növbəti əməliyyat ili üçün auditorunun seçilməsi, bank nizamnaməsinin yeni mətninin təsdiq olunması və digər əhəmiyyətli məsələlər müzakirə edilib.

İclasda ARDNF-nin icraçı direktoru Ş.Mövsümov Bank VTB ASC-nin yeni tərkibli Müşahidə Şurasının müstəqil üzvü seçilib.

Qeyd edək ki, 2013-cü ildə ARDNF Bank VTB ASC tərəfindən yeni emissiya edilmiş 500 milyon ABŞ dolları həcmində səhmləri alaraq bankın ümumi səhm kapitalında 2,99%-lik paya sahib olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti