...

Azərbaycan Beynəlxalq Bankı ölkədə ilk dəfə Visa "PayWave" kartlarının emissiyasına başladı

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 İyun 2014 12:33 (UTC +04:00)
Azərbaycan Beynəlxalq Bankı Visa İnternational şirkəti ilə birgə Azərbaycanda ilk dəfə Visa “PayWave” kartlarının emissiyasına başlayıb.
Azərbaycan Beynəlxalq Bankı ölkədə ilk dəfə Visa  "PayWave" kartlarının emissiyasına başladı

Azərbaycan, Bakı, 24 iyun /Trend/

Azərbaycan Beynəlxalq Bankı Visa İnternational şirkəti ilə birgə Azərbaycanda ilk dəfə Visa "PayWave" kartlarının emissiyasına başlayıb.

Bankdan Trend-ə verilən məlumata görə, tətbiqi dünya səviyyəsində genişlənməkdə olan Visa PayWave texnologiyası kontaktsız ödənişə əsaslanır. Visa PayWave kartı ən təhlükəsiz şəkildə, saniyələr ərzində malların və xidmətlərin haqlarının ödənilməsi imkanını yaradır. 20 AZN-ə qədər əməliyyatlar isə PİN kod yığılmadan həyata keçirilir.

Ticarət və xidmət müəssisələri Visa PayWave kartlarının qəbuluna başlayaraq müştərilərə yüksək səviyyədə və sürətli xidmət göstərilməsinə, kassalarda növbələrin azalmasına nail olacaq və bu da öz növbəsində Azərbaycanda nağdsız ödənişlərin kütləvi hal almasına səbəb olacaq.

Pay Wave xidməti çərçivəsində quraşdırılacaq POS-terminallar üzrə Visa Pay Wave kartları ilə yanaşı adi qaydada bütün çipli və maqnit zolaqlı kartların ( MasterCard, Visa, Amex, Diners) qəbulu mümkündür. Beynəlxalq bank tərəfindən artıq 70-ə yaxın ticarət müəssisəsində PayWave terminalları quraşdırılıb. Yaxın gələcəkdə bütün mövcud və yeni müştərilərdə kontaktsız terminalların quraşdırılması nəzərdə tutulub.

Azərbaycan Beynəlxalq Bankı həmişə olduğu kimi müştərilərinə ən müasir texnologiyalardan yararlanmaq imkanı verir. Artıq Beynəlxalq Bank həm Visa, həm də MasterCard ödəniş sistemlərinin kontaktsız kartlarının qəbulunu və emissiyasını həyata keçirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti