...

Universal Çağrı Mərkəzi layihəsi çərçivəsində keçirilmiş treninqlərlə bağlı sertifikatlar təqdim edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 İyun 2014 17:35 (UTC +04:00)
İyun ayının 27-də Vergilər Nazirliyinin Çağrı Mərkəzində Universal Çağrı Mərkəzi layihəsinin gedişatı və keçirilmiş təlimlərdə iştirak etmiş dövlət qurumlarının nümayəndələrinə sertifikatların təqdim edilməsi ilə bağlı tədbir keçirilmişdir.
Universal Çağrı Mərkəzi layihəsi çərçivəsində keçirilmiş treninqlərlə bağlı sertifikatlar təqdim edilib

Azərbaycan, Bakı, 27 iyun /Trend/

İyun ayının 27-də Vergilər Nazirliyinin Çağrı Mərkəzində Universal Çağrı Mərkəzi layihəsinin gedişatı və keçirilmiş təlimlərdə iştirak etmiş dövlət qurumlarının nümayəndələrinə sertifikatların təqdim edilməsi ilə bağlı tədbir keçirilmişdir.

Nazirliyin Analitik-informasiya şöbəsindən Trend-ə verilən məlumata görə, tədbirin rəsmi hissəsi başlamazdan əvvəl təlim iştirakçıları, qonaqlar və KİV nümayəndələri mərkəzin fəaliyyəti ilə tanış olmuşlar.

Tədbiri Vergilər Nazirliyinin Vergi ödəyicilərinə xidmət baş idarəsinin rəisi Elçin Məmmədov açaraq qeyd etmişdir ki, ölkə prezidentinin müvafiq sərəncamı ilə təsdiq olunmuş Elektron Azərbaycan Dövlət Proqramında digər tədbirlərlə yanaşı Sahibkarlıq fəaliyyəti sahəsində Universal Çağrı Mərkəzinin yaradılması da nəzərdə tutulmuşdur. Layihənin icrasına 2010-cu ildən başlanmış, sahibkarlıq fəaliyyəti sahəsində universal çağrı mərkəzinə qoşulacaq qurumlar kimi Maliyyə, Vergilər, İqtisadiyyat və Sənaye, Ədliyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirlikləri, Dövlət Gömrük Komitəsi və Dövlət Sosial Müdafiə Fondu müəyyən edilmiş, Vergilər və İqtisadiyyat və Sənaye Nazirliklərinə bu qurumlara 195 cağrı mərkəzinin bazasında metodiki köməklik göstərilməsi tapşırılmışdır.

Yaradılacaq xidmət barədə ictimaiyyətin məlumatlandırılması məqsədilə bu ilin may ayında Universal Çağrı Mərkəzinin loqo və şuarının müəyyən edilməsi üçün müsabiqə elan olunmuş, müsabiqəyə 113 logo və 354 şuar təqdim edilmişdir. Hazırda həmin işlərdən ən yaxşısının müəyyənləşdirilməsi üçün qiymətləndirmə aparılır. Çağrı Mərkəzlərinin keyfiyyətli və operativ xidmət göstərməsində insan amilinin əhəmiyyətini nəzərə alaraq, həm sıravi əməkdaşların, həm də idarəedici heyətin iki istiqamətdə - qanunvericilik və Çağrı Mərkəzinə dair xüsusi təlim keçməsi nəzərdə tutulmuşdur. Qanunvericilik sahəsindəki təlimlər hər bir dövlət qurumunun özü tərəfindən həyata keçirilir, Cağrı Mərkəzinə dair digər təlimlərin isə Vergilər Nazirliyinin təşkilatçılığı ilə icraçı şirkət tərəfindən təşkil olunması planlaşdırılmışdır.

Vergi ödəyicilərinə xidmət baş idarəsinin rəis müavini Məhəmməd Yunusov Universal Çağrı Mərkəzinin yaradılması və onun icrası sahəsində görülmüş işlər, layihə çərçivəsində keçirilmiş treninqlər barədə geniş məlumat vermişdir. Bildirilmişdir ki, bununla əlaqədar olaraq xarici ölkələrdən də dəvət olunmuş təlimçilər tərəfindən nəzərdə tutulan treninqlərdən bir qismi (Layihənin İdarəedilməsi, Çağrı Mərkəzinin Effektiv İdarəedilməsi, Çağrı Mərkəzinin Əsas Prinsipləri) artıq keçirilmişdir. Təlimçilər tərəfindən iştirakçıların bu sahədə fəallığı təhlil olunaraq iştirak səviyyəsinə uyğun olan sertifikatlar hazırlanmışdır.

Sonra 7 dövlət qurumundan təlimə qatılmış 100-ə yaxın nümayəndəyə müvafiq təlimlər üzrə sertifikatlar təqdim edilmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti