Sahibkarlar üçün yeni ixrac imkanı. Aktauda Azərbaycanın ölkədən kənarda ilk Logistik Mərkəzi yaradılır (FOTO)

Sahibkarlar üçün yeni ixrac imkanı. Aktauda Azərbaycanın ölkədən kənarda ilk Logistik Mərkəzi yaradılır (FOTO)

Azərbaycan, Bakı, 28 iyun /Trend/

İyunun 28-də İqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin rəhbərlik etdiyi rəsmi şəxslərdən və iş adamlarından ibarət nümayəndə heyəti Qazaxıstanın Aktau şəhərində səfərdə olmuşdur.

İqtisadiyyat və Sənaye Nazirliyindən Trend-ə verilən məlumata görə, səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti ölkəmizdən kənarda ilk olaraq yaradılan Aktau İstehsal və Logistika Mərkəzinin təməlqoyma mərasimində iştirak etmişdir.

Əvvəlcə Azərbaycan nümayəndə heyəti Aktau İstehsal və Logistika Mərkəzinə dair stendlərlə tanış olmuşdur. Məlumat verilmişdir ki, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO), "Azərsun Holdinq" və Qazaxıstanın "Morport Aktau" Xüsusi İqtisadi Zonası Səhmdar Cəmiyyəti tərəfindən ötən il imzalanmış Memoranduma əsasən, Qazaxıstanın "Morport Aktau" Xüsusi İqtisadi Zonasında inşa ediləcək İstehsal və Logistika Mərkəzinin tikintisi "Azərsun Holdinq" tərəfindən reallaşdırılacaq, layihəyə AZPROMO tərəfindən hər cür dəstək göstəriləcəkdir. Artıq tikintini həyata keçirəcək "Azersun Logistics Centre" şirkəti Aktau Xüsusi İqtisadi Zonasının rəsmi iştirakçısı şəhadətnaməsini almışdır. İstehsal və Logistika Mərkəz 5000 m2 quru anbardan, 5000 m2 soyuq anbardan və digər infrastrukturdan ibarət olacaqdır. Mərkəz Almaniya, Niderland və İtaliya istehsalı olan müasir sistemlər, müxtəlif anbar avadanlıqları, iri və xırda tonajlı nəqliyyat vasitələri ilə təchiz ediləcəkdir.

Təməlqoyma mərasimində çıxış edən Azərbaycan Respublikasının iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Azərbaycan və Qazaxıstan arasında siyasi və iqtisadi münasibətlərin yüksək səviyyədə olduğunu, qarşılıqlı hörmət və tərəfdaşlıq prinsiplərinə əsaslandığını, xalqlarımızı ümumi tarixi köklərin birləşdirdiyini vurğulamışdır. Dövlət başçılarımızın siyasi iradəsi və birgə səyləri qarşılıqlı faydalı iqtisadi layihələrin həyata keçirilməsinə şərait yaradır ki, belə layihələrdən biri də Aktauda İstehsal və Logistika Mərkəzinin inşası layihəsidir. Şahin Mustafayev müasir texnologiya və avadanlıqların tətbiqinin, rəqabətqabiliyyətli məhsul istehsalının, ixracın şaxələndirilməsinin və qeyri-neft məhsullarının ixracının artırılmasının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sosial-iqtisadi siyasətinin prioritet istiqamətlərindən olduğunu diqqətə çatdırmışdır. Prezident İlham Əliyevin tapşırığına əsasən həyata keçirilən bu layihə hər iki ölkənin qeyri-neft sektorunun inkişafına, regionun tranzit və ixrac imkanlarının genişləndirilməsinə, ölkələrarası iqtisadi münasibətlərin daha da gücləndirilməsinə, ikitərəfli əlaqələrin inkişafına xidmət edəcəkdir. Layihə Azərbaycan və Qazaxıstan arasında iqtisadi-ticarət əlaqələrinin və regionda nəqliyyat infrastrukturunun inkişafı və beynəlxalq yük daşımalarının artımı baxımından da əhəmiyyətli olacaqdır. İstehsal və Logistika Mərkəzi Azərbaycanda istehsal olunan sənaye, kənd təsərrüfatı və digər ərzaq məhsullarının bu mərkəz vasitəsilə Qazaxıstana, həmçinin Qazaxıstanda istehsal olunan malların ölkəmizə ixracı üçün əlverişli şərait yaradacaqdır. Layihənin birinci mərhələsinin dəyəri 20 mln. ABŞ dollarıdır. Layihənin reallaşdırılmasında İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu vasitəsilə ayrılmış Azərbaycan dövlətinin uzunmüddətli güzəştli kreditlərindən istifadə olunmuşdur. Layihənin növbəti mərhələsində İstehsal və Logistika Mərkəzində çeşidləmə və qablaşdırma infrastrukturunun, istehsal və emal müəssisələrinin yaradılması nəzərdə tutulur.
Qeyd edilmişdir ki, Aktau İstehsal və Logistika Mərkəzi Azərbaycanın ölkədən kənarda ilk logistik mərkəzi olmaqla, sahibkarlar üçün yeni ixrac imkanları yaradır.

"Azərsun Holdinq"in prezidenti Abdulbari Gözal Ulu Öndərimiz Heydər Əliyevin əsasını qoyduğu Azərbaycan-Qazaxıstan dostluq münasibətlərinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd etmiş, bu mühüm layihənin icrasının "Azərsun Holdinq" tərəfindən reallaşdırılaşdırılmasını şirkətə göstərilən böyük etimad kimi qiymətləndirmişdir. Abdulbari Gözal logistika sahəsində "Azərsun Holdinq"in böyük təcrübəyə malik olduğunu bildirmiş və vurğulamışdır ki, şirkət Aktauda İstehsal və Logistika Mərkəzinin tikintisi layihəsinin icrasını və mərkəzin idarə edilməsini uğurla həyata keçirəcəkdir.

Qazaxıstan Respublikasının Manqistau vilayətinin akimi Alik Aydarbayev çıxışında Aktau İstehsal və Logistika Mərkəzi layihəsinin Azərbaycan-Qazaxıstan iqtisadi əlaqələrinin inkişafında əhəmiyyətini vurğulamışdır. Akim Bakıda olarkən "Azərsun Holdinq"in istehsal müəssisələrində qabaqcıl təcrübə və texnologiyaların tətbiqinin şahidi olduğunu xatırlatmış, layihənin yüksək səviyyədə icra olunacağına əminliyini qeyd etmişdir.

Sonra İstehsal və Logistika Mərkəzinin təməli qoyulmuş, tikintisinə start verilmişdir.

Həmin gün Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və Qazaxıstan Respublikasının Manqistau vilayəti Akimliyinin təşkilatçılığı ilə Qazaxıstan-Azərbaycan biznes forumu keçirilmişdir. Tədbirdə hər iki tərəfdən rəsmi şəxslərlə yanaşı, qida sənayesi, kənd təsərrüfatı, sənaye, tikinti, logistika və s. sahələrdə fəaliyyət göstərən 100-dən çox iş adamı iştirak etmişdir.

Biznes forumda çıxış edən Qazaxıstan Respublikasının Manqistau vilayətinin akimi Alik Aydarbəyov qonaqları salamlayaraq ölkəsinin iqtisadiyyatı, iş adamları arasında əlaqələrin genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat vermişdir.

Azərbaycan Respublikasının iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Azərbaycan və Qazaxıstan arasında əlaqələrin siyasi, iqtisadi və humanitar sahələrdə uğurla inkişaf etdiyini, ölkələrimiz arasında ikitərəfli münasibətlərin genişlənməsində dövlət başçılarının mütəmadi görüşlərinin böyük əhəmiyyətini vurğulamışdır. Qeyd edilmişdir ki, iki ölkə arasında əməkdaşlığın genişlənməsinə imkan yaradan möhkəm normativ hüquqi baza yaradılmışdır. İndiyədək iki ölkə arasında müxtəlif sahələrdə 100-dən çox, o cümlədən iqtisadi sahədə 25 sənəd imzalanmışdır. İqtisadi əməkdaşlığın inkişafında 10 iclası keçirilmiş Hökumətlərarası Komissiyanın fəaliyyəti əhəmiyyətlidir. 2002-2013-cü illərdə Qazaxıstan tərəfindən Azərbaycanda əsas kapitala 5,2 mln. ABŞ dolları məbləğində investisiya qoyulmuşdur. Azərbaycan tərəfindən Qazaxıstana yatırılan birbaşa investisiyaların həcmi isə 2011-2013-cü illər ərzində 132,8 mln. ABŞ dolları təşkil etmişdir. 2013-cü ildə ölkələrimiz arasında ticarət dövriyyəsi 371 mln. ABŞ dollarına yaxın olmuşdur. 2014-cü ilin əvvəlinə Azərbaycanda Qazaxıstan sərmayələri əsasında ticarət, nəqliyyat, sənaye, kənd təsərrüfatı, xidmət, bank, sığorta, rabitə və tikinti sahələri üzrə aktiv 52 şirkət qeydiyyata alınmışdır. Qazaxıstanda isə sənaye, tikinti, kənd təsərrüfatı və ticarət sahələri üzrə Azərbaycan investisiyalı 723 şirkət qeydiyyatdan keçmişdir. Şahin Mustafayev Azərbaycan və Qazaxıstan arasında iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi üçün böyük potensialın olduğunu vurğulamışdır. Ötən il keçirilmiş Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının III Zirvə toplantısı çərçivəsində görüşən Azərbaycan və Qazaxıstan prezidentləri arasında Aktau İstehsal və Logistika Mərkəzinin yaradılmasına dair razılıq əldə edilmişdir. Yeni yaradılan Mərkəzin ikitərəfli iqtisadi əməkdaşlığın genişləndirilməsində əhəmiyyətli rolu olacaqdır.

Dövlət başçılarının siyasi iradələrinin bariz nümunəsi olan belə layihələr digər sahələrdə də həyata keçirilməli, ölkələrimizin zəngin iqtisadi potensialına uyğun olaraq, qarşılıqlı faydalılıq prinsipləri əsasında əməkdaşlığımız daha da genişləndirilməlidir.

İş adamları və işgüzar dairələr arasında əlaqələrin təşviqi məqsədilə birgə tədbirlərin, sərgilərin keçirilməsi üzrə ölkələrimiz arasında müsbət ənənələrin olduğunu diqqətə çatdıran Şahin Mustafayev hər iki ölkənin iş adamlarını iqtisadiyyatın müxtəlif sahələri üzrə mövcud imkanları dəyərləndirməyə və yeni işgüzar əlaqələr yaratmağa dəvət etmişdir. Nazir Şahin Mustafayev çıxışında Azərbaycanın davamlı və dayanıqlı iqtisadi inkişafı barədə də məlumat vermişdir.

Biznes forumda AZPROMO-nun rəhbəri Rüfət Məmmədov Azərbaycanın biznes və investisiya imkanlarına, Manqistau vilayətinin regional Sahibkarlar Palatasının direktoru Janbırbay Dospayev Qazaxıstan Respublikasının Manqistau vilayətinin investisiya və iqtisadi potensialı haqqında təqdimatlarla çıxış etmişlər.

Tədbirdə "Azersun Holdinq" şirkətinin nümayəndəsi Mehran Məmmədov "Azərsun İstehsal və Logistik Mərkəzi"nə dair təqdimatla çıxış etmişdir. Aktauda yaradılacaq Mərkəzə dair təqdimat tədbir iştirakçıları tərəfindən maraqla qarşılanmışdır.

Biznes forum çərçivəsində Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu ilə Manqistau vilayətinin Sahibkarlar Palatası arasında Anlaşma Memorandumu imzalanmışdır.

Biznes forum iş adamları arasında ikitərəfli görüşlərlə davam etdirilmişdir.

Ermənistanda Paşinyanın istefası tələbi ilə petisiya hazırlanıb
Ermənistanda Paşinyanın istefası tələbi ilə petisiya hazırlanıb
Türkiyədə karantin qaydaları sərtləşdirildi - Evdə qonaqlığa görə cərimə
Türkiyədə karantin qaydaları sərtləşdirildi - Evdə qonaqlığa görə cərimə
İranda koronavirusa yoluxanların sayı 1 milyona çatır
İranda koronavirusa yoluxanların sayı 1 milyona çatır
Loading Bars
Xəbər lenti
17 obyektdə sanitariya-gigiyena tələbləri pozulub - İqtisadiyyat Nazirliyi
Azərbaycan Müdafiə Nazirliyi İran tərəfinə başsağlığı verib (FOTO)
Sülhməramlı kontingent üçün gətirilən növbəti maddi-texniki təminat vasitələri təyinat məntəqəsinə çatdırılıb (FOTO/VİDEO)
Azərbaycanda əlilliyi olan şəxslər sosial müdafiə, reabilitasiya, məşğulluq tədbirləri ilə əhatə olunublar
Prezident İlham Əliyevin təşəbbüsü ilə keçiriləcək BMT Baş Assambleyasının COVID-19-la bağlı xüsusi sessiyasının gündəliyi açıqlanıb
UNEC alimləri Ermənistanın məhv edilmiş hərbi texnikasının məbləğini açıqladı
Braziliya Federal Senatının birinci vitse-prezidenti Azərbaycan Prezidentinə məktub ünvanlayıb
Kazanda 6-cı İƏT Gənc Sahibkarlar Forumu keçirilib (FOTO)
Poltava universitetində fəaliyyət göstərən Azərbaycan Tədris-Mədəniyyət Mərkəzində azərbaycanlı tələbələrlə görüş keçirilib (FOTO)
Tibbi maskadan istifadə etməyən 747 sərnişin cərimələnib (FOTO)
Bakıda məhkuma göndərilən ayaqqabıdan heroin çıxdı
5 saylı Cəzaçəkmə Müəssisəsinə başçəkmə həyata keçirilib
“AzerGold” Azərbaycanın dövlət sektoru üzrə ixracında liderlər sırasında yer alıb
Azərbaycan beynəlxalq birgə iclasda təmsil olunub
Ali Baş Komandan prinsipiallıq nümayiş etdirərək Azərbaycan xalqının milli maraqlarını qətiyyətlə müdafiə edib
“AccessBank”da yeni İcraçı Direktorlar təyin edilib (FOTO)
Vətən Müharibəsindəki qardaşlar: Yaralansalar da döyüşə geri qayıtdılar (FOTO)
Livanlı muzdlu-terrorçu DTX tərəfindən məsuliyyətə cəlb edildi (VİDEO)
Dekabrın 3-də manatın dollara qarşı məzənnəsi
Rusiyanın Azərbaycan Diaspor Təşkilatları Konfederasiyasının sədri Prezident İlham Əliyevi təbrik edib
Şagirdlərin təxminən 25 faizinin onlayn dərslərə cəlb edilməməsi bizim üçün problemdir - Nazir
Biləcəri bələdiyyəsinin sədri koronavirusdan öldü
Serbiya-Macarıstan sərhədində “Cənub Qaz Dəhlizi”nə qoşulacaq boru kəmərinin tikintisi başlayıb
"Şamaxı yolu"ndakı yerüstü piyada keçidinin lifti bərpa olundu (FOTO)
Ermənistanda Paşinyanın istefası tələbi ilə petisiya hazırlanıb
Azərbaycan ilk gündən pandemiyaya yalnız qlobal həmrəyliklə qalib gəlməyin mümkünlüyü mesajını dünyaya ünvanladı - Vüqar Rəhimzadə
Azərbaycanla təlim və hazırlıqla bağlı əməkdaşlığımız davam edir - Hulusi Akar
44 günlük müharibədə Ermənistanın 30 ildir qurduğu ordusu darmadağın edildi - Hərbi ekspert
"Azərişıq" ASC-nin 5 əməkdaşı Vətən Müharibəsində şəhid olub, 17 nəfər yaralanıb
Banklar şəhid ailələrinin kredit borcları ilə bağlı qərar verdi
Azərbaycanda uşaq müdafiə mexanizmi təkmilləşdiriləcək - Dövlət Komitəsi
Publisistik düşüncələr: Günəşli payızın qırx dörd anı
Azərbaycanda çoxlu sayda yeni iş yerləri açılacaq
PAŞA Bankdan kiçik və orta bizneslər üçün hədiyyəli kampaniya
Müəllimlərin işə qəbulu müsabiqəsinin onlayn müsahibə mərhələsinə start verilir
Biləsuvarda qapı-pəncərə sexindən oğurluq edən şəxs saxlanılıb
Deputat Naqif Həmzəyev seçicilərin qayğıları ilə tanış olub (FOTO)
Beynəlxalq Muğam Mərkəzinin direktoru Murad Hüseynov UNESCO-nun Baş katibinə müraciət ünvanlayıb
Ermənistanın təcavüzü nəticəsində Füzuli və Cəbrayılın işğal olunmamış ərazilərinə dəymiş ziyan müəyyənləşdi
Qarabağla bağlı UNESCO-ya müraciət edən Rusiya mədəniyyət xadimləri Azərbaycana dəvət edildi
Türkiyədə karantin qaydaları sərtləşdirildi - Evdə qonaqlığa görə cərimə
“Qızılağac” Milli Parkında qanunsuz balıq ovu ilə məşğul olan şəxs tutulub (VİDEO)
Qarabağla bağlı razılaşma regionda uzunmüddətli sülhün təmininə xidmət edəcək - Qazaxıstan prezidenti
“Baktelecom” “İçərişəhər” qoruğunda müasir standartlara cavab verən optik şəbəkəsini istifadəyə verdi (FOTO)
Yelo Bank fərdi sahibkarlara dəstəyini davam etdirir (FOTO)
Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin tikintisi aparılır - Hulusi Akar
Yaxın vaxtlarda vaksinasiyaya başlanacaq - Akif Qurbanov
TƏBİB kütləvi KT və rentgen müayinələrinə aydınlıq gətirib
Ölkəmizin tarixində yeni dövr başlayır, mühüm tarixi proseslərin əsası qoyulur - Deputat
Sərt karantin rejimi qaçılmaz ola bilər – TƏBİB
Vaksin olmadığından qoruyucu tədbirlərə diqqət etməliyik - Akif Qurbanov
TƏBİB koronavirusdan evdə müalicə olunanlara xəbərdarlıq edib
İranda koronavirusa yoluxanların sayı 1 milyona çatır
Laçının işğaldan azad edilməsi şanlı qələbəmizin təcəssümüdür - Vitse-spiker
Sərt tədbirlərə mütləq əl atılmalıdır, xəstəxanalarda yer qalmayacaq - XƏBƏRDARLIQ
Ceyhun Bayramovun özbəkistanlı həmkarı ilə telefon danışığı olub
COVİD-ə qarşı spesifik dərman və vaksin yoxdur - RƏSMİ
Laçın rayonunun Qarıqışlaq kəndi (VİDEO)
20 yaşdan aşağı şəxslər koronavirusun, daha doğrusu ölümün daşıyıcılarıdır - Adil Allahverdiyev
Qısamüddətli notların yerləşdirilməsi üzrə hərrac keçirilib
Azərbaycanda bu insanlar koronavirusu ağır keçirir - TƏBİB
“Təmiz Sumqayıt” ekoloji layihəsinə start verilir
Bakıda abadlaşdırılan növbəti həyət sakinlərin istifadəsinə verilib (FOTO)
Gədəbəydə yaşayış yerini tərk edən koronavirus xəstələri məsuliyyətə cəlb edilib
Azərbaycanda koronavirusdan ölüm faizi açıqlandı
Dövlət Neft Fondu "Azəri-Çıraq-Günəşli" layihəsindən gəlirlərini açıqlayıb
Belarus, Qırğızıstan və Qarabağdakı hadisələr KTMT məkanındakı vəziyyəti çətinləşdirdi - Putin
Azərbaycanda 3 942 nəfər COVID-19-a yoluxub, 2 265 nəfər sağalıb, 37 nəfər vəfat edib
Nazirlər Kabineti yanında Operativ Qərargah brifinq keçirib (FOTO)
“Ziraat Bank Azərbaycan” Yığım Əmanəti məhsulunu təqdim edir
Azərbaycanda 4 dövlət əmlakı özəlləşdirilib
Kəlbəcərin Söyüdlü (Zod) qızıl yatağının görüntüləri yayılıb (VİDEO)
Koronavirusa yoluxma ehtimalı yüksək olan şəxslərin sayı açıqlanıb
İlahiyyat İnstitutu Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə vebinar keçirilib (FOTO)
"Şahdəniz" yatağından hasil olunan kondensat satışından 205 milyon dollar gəlir əldə edilib
Azərbaycanın əməliyyat sistemi bazarında "Android"in payı artıb
Gəncədə yaralı hərbçilər ziyarət edilib
Azərbaycan Cənubi Qafqazda tamamilə fərqli və yeni eranın başlanğıcını qoydu - Deputat
Mərkəzi Bankın valyuta ehtiyatları artıb
İsveçdə Azərbaycan həqiqətlərindən bəhs edən kitab nəşr olunub
COVID-19 ABŞ-da Çindən daha əvvəl qeydə alınmış ola bilər
Azərbaycan özünü qalib xalq, məğlubedilməz dövlət kimi təsdiq etdi - Pərvin Kərimzadə
Cənubi Qafqazda sabitlik Türkiyə üçün çox önəmlidir - Mövlud Çavuşoğlu
Noyabrın 10-da Azərbaycanda Zəfər Günü qeyd ediləcək
Hər il sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd ediləcək - SƏRƏNCAM
Mixael Şumaxerin oğlu Formula 1-də yarışacaq
690 bal toplayan Xocavəndli gənc müəllim Mingəçevir Dövlət Universitetinin uğurları üçün çalışır (FOTO)
Sabahın hava şəraiti açıqlanıb
Şuşaya çəkilən yeni yolun tikintisinə 2 Türkiyə şirkəti cəlb edildi (ÖZƏL)
Fərdi Məşğulluq Proqramı nədir? (VİDEO)
XTD komandiri İkinci Qarabağ müharibəsində şəhid olub - FOTO
Cəlilabadda karantini pozan 14 nəfər cərimələnib (FOTO)
Bu qablar uşaqlarda davranış pozuntularının yaranma riskini artırır - XƏBƏRDARLIQ
Hər 1000 manat kredit üçün, ayda 33 manat ödəniş edin
Azərbaycanın qeyri neft-qaz məhsulları üzrə ən çox mallar bu ölkələrə ixrac edilib
Azərbaycan xalqı yeni zəfər tarixi yazdı - Kamaləddin Qafarov
Ramiz Zeynalov vəzifəsindən azad edilməyib - RƏSMİ
Koronavirus Azərbaycana gələnlərin sayında kəskin azalmaya səbəb olub
Xaricdən Azərbaycan mallarının alınması üçün edilən sifarişlər artıb
Ağdaş, Bərdə və Ağdamdan olan koronavirus xəstələri Mingəçevirdə saxlanılıblar (FOTO)
Bütün xəbərlər