...

Azərbaycan Gürcüstandan avtomobil idxalını 20 faizdən çox azaldıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 İyul 2014 17:39 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 iyul /Trend, müxbir Emin Əliyev/

2014-cü ilin yanvar-may aylarında Gürcüstandan Azərbaycana 121,7 milyon dollar dəyərində 10,93 min minik avtomobili ixrac olunub. Bu barədə Trend-ə Gürcüstan Milli Statistika Xidmətindən bildiriblər.

Xidmətin məlumatına görə, qeyd edilən dövrdə bu sahənin xüsusi çəkisi Gürcüstandan Azərbaycana ümumi ixracın həcminin 50,62 faizini təşkil edib.

Ötən ilin analoji dövrü ilə müqayisədə Gürcüstandan ixrac olunan minik avtomobillərinin həcmi 20,15 faiz, say nisbətində isə 4,93 min ədəd azalıb. Müqayisə üçün bildirək ki, 2013-cü ilin yanvar-may aylarında Gürcüstandan Azərbaycana 152,41 milyon dollar həcmində 15,86 min avtomobil ixrac edilib.

Ölkəyə avtomobil idxalının azalması Azərbaycanın tətbiqinə cari ilin aprel ayının 1-dən başladığı Avro-4 ekoloji standartına keçidi ilə izah edilir. Avro-4-ün tətbiqi Gürcüstandan Azərbaycana idxal olunan nəqliyyat vasitələrinin böyük hissəsini təşkil edən köhnə avtomobillərin ölkəyə gətirilməsini məhdudlaşdırır.

Hesabat dövründə Gürcüstandan Azərbaycana 8,84 milyon dollar dəyərində 1,32 min yük avtomobili idxal edilib ki, bu da ötən ilin analoji dövründə qeydə alınan göstəricidən cüzi aşağıdır. Müqayisə üçün qeyd edək ki, 2013-cü ilin yanvar-may aylarında Gürcüstandan Azərbaycana 9,65 milyon dollar dəyərində 1,4 min yük maşını idxal edilib.

Hesabat dövründə Gürcüstandan Azərbaycana ixrac edilmiş malların ümumi dəyəri 240,42 milyon dollar olub. Ötən ilin eyni dövrünə nisbətən Azərbaycana ixracat 10,38 faiz azalıb. Müqayisə üçün, ötən ilin ilk 5 ayında Azərbaycana 268,26 milyon dollar dəyərində Gürcüstan malı ixrac edilib.

Avtomobillər Gürcüstana xaricdən gətirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti