...

Azərbaycanda kreditlər ucuzlaşıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 İyul 2014 18:42 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 iyul /Trend, müxbir Zülfiyyə Qurbanova/

2014-cü il iyunun 1-nə olan vəziyyətə görə, Azərbaycan bankları ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə milli və xarici valyutada kreditlər üzrə faiz dərəcələrini aşağı salıblar.

Trend-in Azərbaycan Mərkəzi Bankının (AMB) statistik hesabatına istinadən verdiyi məlumata görə, bu dövrdə milli valyutada Azərbaycan iqtisadiyyatının bank kreditləşdirilməsi üzrə orta faiz dərəcəsi 14,05 faiz təşkil edib. Bu rəqəm 2013-cü il iyunun 1-nə 14,19 faizə bərabər olub. Sərbəst dönərli valyutada (SDV) bank kreditləşməsi üzrə orta dərəcə 14,39 faiz təşkil edib. 2013-cü il iyunun əvvəlinə bu göstərici 14,61 faiz olub.

2014-cü il iyunun 1-nə milli valyutada hüquqi şəxslərin bank kreditləşdirilməsi üzrə orta faiz dərəcəsi 10,71 faiz olub. Ötən il iyunun 1-nə isə bu göstərici 11,65 faiz təşkil edib. SDV-də korporativ müştərilərin bank kreditləşdirilməsi üzrə orta faiz dərəcəsi 9,93 faiz olub. 2013-cü il iyunun əvvəlinə bu rəqəm 11,03 faiz təşkil edib.

2014-cü il iyunun 1-nə milli valyutada fiziki şəxslərin bank kreditləşdirilməsi üzrə orta faiz dərəcəsi 18,08 faiz olub. Ötən il iyunun 1-nə bu göstərici 17,89 faiz təşkil edib. SDV-də fərdi müştərilərin bank kreditləşdirilməsi üzrə orta faiz dərəcəsi 21,37 faiz olub. 2013-cü il iyunun əvvəlinə isə bu rəqəm 21,44 faiz təşkil edib.

2014-cü ilin ilk 5 ayında Azərbaycanda inflyasiya ötən ilin eyni dövrü ilə müqayisədə 1,7 faiz təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti