...

Ötən ay sənaye məhsullarının istehsalçı qiymətləri artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 İyul 2014 18:35 (UTC +04:00)
2014-cü ilin iyun ayında sənaye məhsullarının istehsalçı qiymətləri indeksi əvvəlki ayla müqayisədə 1,8 faiz, o cümlədən mədənçıxarma sənayesi üzrə istehsalçı qiymətləri 2,0 faiz, emal sənayesi üzrə istehsalçı qiymətləri isə 0,8 faiz artıb.
Ötən ay sənaye məhsullarının istehsalçı qiymətləri artıb

Azərbaycan, Bakı, 11 iyul /Trend/

2014-cü ilin iyun ayında Azərbaycanda sənaye məhsullarının istehsalçı qiymətləri indeksi əvvəlki ayla müqayisədə 1,8 faiz, o cümlədən mədənçıxarma sənayesi üzrə istehsalçı qiymətləri 2,0 faiz, emal sənayesi üzrə istehsalçı qiymətləri isə 0,8 faiz artıb.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, 2014-cü ilin iyun ayında mədənçıxarma sənayesi bölməsində xam neft və təbii qaz hasilatı üzrə istehsalçı qiymətləri 2,0 faiz, daş, qum, çınqıl, duz və digər mədənçıxarma sənayesi məhsullarının hasilatı üzrə istehsalçı qiymətləri 1,2 faiz bahalaşıb, metal filizlərinin hasilatı üzrə 0,5 faiz ucuzlaşıb.

İyun ayında emal sənayesi bölməsində istehsalçı qiymətləri rezin və plastik kütlə məmulatlarının istehsalı üzrə 1,9 faiz, tikinti məmulatlarının istehsalı üzrə 0,4 faiz, maşın və avadanlıqların istehsalı üzrə 0,1 faiz ucuzlaşıb, kompüter və digər elektron avadanlıqların istehsalı üzrə 36,1 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri üzrə 8,6 faiz, toxuculuq sənayesi üzrə 7,0 faiz, metallurgiya sənayesi üzrə 4,2 faiz, kağız və karton istehsalı üzrə 2,9 faiz, qida məhsullarının istehsalı üzrə 1,4 faiz, neft məhsullarının istehsalı üzrə 0,5 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı üzrə 0,3 faiz, ağac emalı və ağacdan məmulatların istehsalı üzrə 0,2 faiz, mebel istehsalı və içki istehsalı üzrə istehsalçı qiymətləri isə 0,1 faiz bahalaşıb.

Ay ərzində elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsi və su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsi üzrə isə heç bir dəyişiklik müşahidə olunmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti