Azərbaycan, Bakı, 14 iyul /Trend, müxbir Emin Əliyev/
Sentyabrın 18-21 tarixlərində Soçidə "Soçi-2014" adlı 13-cü Beynəlxalq İnvestisiya Forumu keçiriləcək. Trend-in məlumatına görə, bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) yaydığı xəbərdə deyilir.
Məlumatda bildirilir ki, forum Rusiyada investisiya layihələri həyata keçirmək marağında olan özəl sektor nümayəndələri ilə dövlət rəsmiləri arasında birbaşa dialoqun qurulması üçün şərait yaradacaq.
Azərbaycanlı sahibkarlar tədbirdə iştiraka dəvət olunurlar.