...

BFB əmtəə əsaslı törəmə maliyyə alətlərinin ticarətinin təşkilinə başlayır

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 İyul 2014 12:14 (UTC +04:00)
21 iyul 2014-cü il tarixindən etibarən BFB-də qızıl, gümüş və digər əmtəə əsaslı törəmə maliyyə alətlərinin ticarətinə başlanılır.
BFB əmtəə əsaslı törəmə maliyyə alətlərinin ticarətinin təşkilinə başlayır

Azərbaycan, Bakı, 21 iyul /Trend, müxbir Zülfiyyə Qurbanova/

21 iyul 2014-cü il tarixindən etibarən BFB-də qızıl, gümüş və digər əmtəə əsaslı törəmə maliyyə alətlərinin ticarətinə başlanılır. Trend-in məlumatına görə, bu barədə BFB-nın bazar ertəsi yaydığı xəbərdə deyilir.

Yaxın gələcəkdə BFB marja ticarətinin imkanlarını genişləndirməklə səhmlər əsasında törəmə maliyyə alətlərinin ticarətinin təşkil olunması planlaşdırılır.

Məlumat üçün bildiririk ki, marja ticarəti investorlara brokerdən xüsusi şərtlərlə alınan müvəqqəti ticarət limiti hesabına qiymətli kağızları və maliyyə alətlərini almaq və satmaq imkanını verir.

Bu istiqamət üzrə görülən işlər valyuta və əmtəə əsaslı maliyyə alətləri ilə marja ticarətinin tənzimlənən bazar institutları vasitəsi ilə likvid, şəffaf və ədalətli qiymət prinsiplərinə uyğun həyata keçirilməsi üzrə mühüm addımdır.

Qeyd edək ki, baza və törəmə maliyyə alətlərinin ticarəti imkanlarının genişləndirilməsi "2011-2020-ci illərdə Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının inkişafı" Dövlət Proqramındakı tədbirlər planı çərçivəsində həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti