...

İndiyədək Bakı və ətraf qəsəbələrdə sahibkarlara 190 milyon manata yaxın güzəştli kredit verilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 İyul 2014 16:22
İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair növbəti işgüzar forumu iyulun 25-də Sabunçu rayonunun Maştağa qəsəbəsində keçirib.
İndiyədək Bakı və ətraf qəsəbələrdə sahibkarlara 190 milyon manata yaxın güzəştli kredit verilib

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 25 iyul /Trend/

İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair növbəti işgüzar forumu iyulun 25-də Sabunçu rayonunun Maştağa qəsəbəsində keçirib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, 80-ə yaxın sahibkarın iştirak etdiyi işgüzar forum çərçivəsində Sabunçu rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan ixtisaslaşdırılmış "yaşıl market"in, logistik mərkəzin, ət kəsimi müəssisəsinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi vurğulanıb, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb.

Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev bildirib ki, 2014-cü ilin ötən dövrü ərzində ölkə üzrə 2982 sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 153,9 milyon manat güzəştli kredit verilib. Bu kreditlər hesabına maliyyələşdirilən layihələrin reallaşdırılması 6600-dan çox yeni iş yerinin yaradılmasına imkan verir. Ümumilikdə, indiyədək Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair dövlət proqramları çərçivəsində paytaxt qəsəbələrində sahibkarlıq subyektlərinin 851 investisiya layihəsinin maliyyələşdirilməsinə 189,9 milyon manat güzəştli kredit verilib. Bu güzəştli kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 6000-dən çox yaxın yeni iş yerinin yaradılmasına imkan verir.

Maştağa qəsəbəsində keçirilmiş sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə 22 sahibkarlıq subyektinə 14,3 milyon manat kredit verilib. Verilmiş kreditlər əsasən, heyvandarlıq, logistik mərkəz, mebel, istixana konstruksiyaları və qida sənayesi avadanlıqları, ayaqqabı, plastik qapı-pəncərə, tikinti materialları, şirniyyat məhsulları istehsalı sahələrinə yönəldiləcək. Bu layihələrin reallaşdırılması 140-a yaxın yeni iş yerinin yaradılmasına imkan verir.

Sabunçu rayonunda keçirilmiş işgüzar forumda sahibkarlarla müvəkkil kredit təşkilatlarının nümayəndələri arasında investisiya layihələri barədə işgüzar müzakirələr aparılıb.

Tədbir çərçivəsində, həmçinin Maştağa qəsəbəsində güzəştli kredit ayrılmış müasir çörək zavodunun fəaliyyətinə baxış keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti