...

"Azərbaycan Sənaye Sığorta" kapitalını 35 faiz artırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Avqust 2014 15:24 (UTC +04:00)
"Azərbaycan Sənaye Sığorta" ASC öz səhmlərinin nominal dəyərini 34,8 faiz artırır.
"Azərbaycan Sənaye Sığorta" kapitalını 35 faiz artırır

Azərbaycan, Bakı, 26 avqust /Trend/

"Azərbaycan Sənaye Sığorta" ASC öz səhmlərinin nominal dəyərini 34,8 faiz artırır.

Trend-in məlumatına görə, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi "Azərbaycan Sənaye Sığorta" ASC-nin 11 milyon manat dəyərində adi, adlı, sənədsiz səhmlərinin emissiya prospektini qeydiyyata alıb.

2200 manat nominalında ümumi sayı 5 min olan səhmdən ibarət emissiyanın yerləşdirilməsi hər birinin nominal dəyəri 1 632 manat olan eyni miqdarda səhmə konvertasiya yolu ilə aparılacaq.

Beləliklə, "Azərbaycan Sənaye Sığorta"nın nizamnamə kapitalı 8,16 milyon manatdan 11 milyon manatadək artacaq.

Qeyd edək ki, "Azərbaycan Sənaye Sığorta" şirkəti "Azərbaycan Sənaye Bankı" tərəfindən 1996-cı ilin dekabrında yaradılıb və "Azersun Holding" şirkətlər qrupuna daxildir. 2010-cu ildə bank öz səhmlərinin yarısını Azərbaycanın "Anadolu Investments" şirkətinə satıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti