Bu il EY şirkətinin 20 illiyi tamam olur

Bu il EY şirkətinin 20 illiyi tamam olur

Bu il EY (əvvəllər Ernst & Young kimi tanınan) şirkətinin 20 yaşı tamam olur. Məlumdur ki, EY Azərbaycanda ofisini açmış Böyük Dördlüyə daxil olan ilk şirkətdir və hazırda bazarda göstərdiyi xidmətlərin yüksək keyfiyyəti ilə tanınmış aparıcı brenddir. Bu gün biz Azərbaycanda Audit və Kadr strategiyası üzrə Partnyor Turqay Teymurovla EY şirkətinin müvəffəqiyyətinə kömək edən amillər, şirkətin ölkəmizin iqtisadiyyatına verdiyi töhfə və gənc mütəxəssislərin uğur zaminləri barəsində söhbət aparırıq.

Audit üzrə partnyorun nə ilə məşğul olması hamıya məlumdur, lakin Sizin işiniz kadr strategiyası ilə necə kəsişir?

Uğurumuzun əsasında əməkdaşlarımız dayanır və məhz buna görə EY MDB-də iri ofislərin partnyorlarının iştirakı ilə Kadr Strategiyası Şurası yaradılmışdır. Biz birlikdə əməkdaşların motivasiyası və peşəkar inkişafı üçün bir çox maraqlı ideya və təşəbbüslərin tətbiqini müəyyən edir və nəzarət altında saxlayırıq. Bir neçə misal gətirim.

İşlədiyi ilk gündən hər bir işçimiz daha təcrübəli əməkdaşa təhkim olunur ki, bu da onun Kuratoru olaraq həmin işçinin inkişaf məqsədlərini formalaşdırmağa və onlara nail olmağa kömək edir. Bu proses bütün karyera boyu davam edir və həm formal görüşlər, həm də qeyri-formal ünsiyyət formasında həyata keçirilir. İldə iki dəfə keçirilən dəyirmi masalarda hər bir Kurator ona təhkim olunmuş işçilərin müvəffəqiyyətləri haqqında danışır, eyni pillədə olan əməkdaşlarla müqayisədə işçinin illik qiyməti müəyyən edilir və növbəti müddətə aid olan tövsiyələr formalaşdırılır.

Digər bir misal - hər ay işçilərimiz öz iş yoldaşlarının "Ayın əməkdaşı" nominasiyası üzrə namizədliyini təklif edirlər. Nominasiyaların baxılması üçün komitə yaradılmış, buraya bir neçə partnyor, inzibati şöbənin rəhbərləri, eləcə də əvvəlki dövrlərdə seçilmiş Ayın əməkdaşı və İlin əməkdaşı daxil olur. Komitə qalibi seçir və bütün ofisin iştirakı ilə hər ay keçirilən toplantıda ona mükafat təqdim edir. Bu xəbəri biz böyük məmnuniyyətlə Facebook səhifəmizdə bölüşürük. Bundan əlavə, hər il "əks əlaqə" prinsipi ilə sorğular keçirilir, burada bütün əməkdaşlar anonim şəkildə Şirkətin və özlərinin birbaşa rəhbərlərinin fəaliyyətinin yaxşılaşdırılması üzrə təklif və arzuları ilə bölüşürlər. Bu tövsiyələr diqqətlə analiz edilir və gələcək tədbirlər planı işlənib hazırlanır.

Bu haqda uzun danışa bilərəm, lakin sizi yormaq istəmirəm.

Bu yaxınlarda şirkətiniz Universum tərəfindən keçirilən sorğuda yalnız Google şirkətindən sonra ən cəlbedici işverənlər siyahısında ikinci yer tutmuşdur. Böyük Dördlükdə iş həcminin olduqca böyük olduğunu nəzərə alaraq, buna necə nail ola bildiniz?

Yaxşı suala görə təşəkkürəm. Doğrudan da, Universum bütün dünya üzrə 200 minə yaxın tələbə arasında sorğu aparmışdır və bizim üçün çox sevindirici haldır ki, biz peşəkar xidmətlər sahəsində ən cəlbedici işəgötürənlərin siyahısının başında durmaqla ənənəvi olaraq bu cür reytinqlərdə lider olan investisiya banklarını və İKT sektorunda fəaliyyət göstərən şirkətlərı arxada qoya bildik. Mənim fikrimcə, bu gün gənclər yaxşı bilirlər ki, şirkətimizdə hər bir əməkdaşın özünü reallaşdırmaq və böyük liderə çevrilmək imkanı vardır və bizim üçün bu olduqca vacib faktdır.

Bir vaxt əməkdaşlarımızdan biri söyləmişdir ki, EY şirkətinə gələndə o, özünü çox uğurlu bir insan hesab edirdi - məktəbdə, institutda ən yaxşı qiymətləri olmuş, öz yaşıdları arasında hər zaman seçilmişdir. Lakin EY-da o, anladı ki, bütün nailiyyətləri sıfırdan sübuta yetirmək lazımdır, çünki ətrafdakıların hamısı eynilə "ulduzlar"dır. Və o, tam haqlıdır - uğur qazanmaq üçün potensiala çoxları malikdir, lakin buna yalnız üzərində səylə çalışanlar nail olur.

Bundan əlavə biz çevik və müasir olmağa çalışırıq: işçilərə evdən işləmək imkanı verilir, cümə günləri sərbəst geyim tərzi tətbiq edilir, idmana böyük diqqət yetirilir, biz həmçinin sosial şəbəkələrdə də fəalıq.

Eyni zamanda işçilərimizi şirkətin idarə edilməsinə fəal cəlb edirik, onlara peşəkar fəaliyyətdən əlavə maraqlı işlərlə məşğul olmağa imkan veririk. Yaratdığımız daxili forumlarda müxtəlif səviyyəli əməkdaşlar onları maraqlandıran məsələləri müzakirə edir, xeyriyyə və sosial məsuliyyət komitələri fəaliyyət göstərir, artıq neçə ildir ki, biz universitetlərdə dərs deyir, təcrübə və biliklərimizi nazirlik və idarələrlə bölüşürük.

Mənə elə gəlir ki, bütün bunlar EY şirkətini səhərlər həvəslə gəlmək istəyən iş yerinə çevirir.

Şəxsən Sizin üçün EY nə deməkdir?

Çox yaxın və doğma bir yer. Biz tez-tez deyirik ki, biz bir böyük ailəyik və mənim üçün bu həqiqətdir. EY-a gələndə mühasibat uçotu və audit haqqında təsəvvürüm dumanlı olsa da, öyrənmək və güclü mütəxəssisə çevrilmək arzum olduqca böyük idi. Məni dəstəklədilər, əlverişli şərait yaratdılar, özümü göstərməyə kömək etdilər. Bundan əlavə mən burada bir neçə əsl dost tapdım. İndi bunların çoxu ilə biz artıq neçə ildir ki, ailəvi dostuq. Bəziləri ölkədən getmiş olsa da, yaxın ünsiyyət davam edir - xoşbəxtlikdən, indi bunun üçün bütün imkanlar mövcuddur.

Bu yaxınlarda şirkətimiz "Daha yaxşı iş dünyasını quraq" adlı yeni inkişaf strategiyasını elan etmişdir. İnanırıq ki, xidmətlərimiz işgüzar mühitin yaxşılaşdırılmasına, dünyanın müxtəlif ölkələrində ictimaiyyətin bazarlara və iqtisadiyyata olan inamını möhkəmləndirməyə kömək edir. Buna görə də mənim üçün EY həmçinin ölkəmizi daha da yaxşılaşdırmaq üçün əlavə töhfə vermək imkanıdır.

Məlumdur ki, Böyük Dördlükdə problemlərdən biri - kadr axınıdır. Bunun öhdəsindən necə gəlirsiniz?

Mən optimistəm və "Hər şey yaxşıya doğru baş verir" prinsipinə sadiq qalıram. Əlbəttə, şirkətimizin biznes modeli belədir ki, biz kadrların inkişafına iri investisiyalar qoyuruq, lakin öz karyeralarının müəyyən mərhələsində onların bəziləri yeni bir işlə məşğul olmağı seçir.

Onu da qeyd etmək istəyirəm ki, Bakı ofisinin mütəxəssisləri EY-da yüksək qiymətləndirilir. Karyeralarını ofisimizdə başlamış dost və iş yoldaşlarımın çoxu EY şirkətinin Hyuston, Çikaqo, Kalqari, London, Rotterdam, Dubay, Moskva və digər şəhərlərindəki ofislərində böyük nailiyyətlər əldə etmişdir. Təvazökarlıq etmədən deyə bilərəm ki, dünya üzrə EY ofislərində Azərbaycan mütəxəssislərinə olan tələbat kifayət qədər yüksəkdir, çünki burada həqiqətən yüksək səviyyəli mütəxəssislər çalışır. Mən bu faktla fəxr edirəm.

Əlbəttə, bu ikitərəfli yoldur. Son zamanlar Bakı ofisində iş təcrübəsini əldə etmək istəyən digər ölkələrin EY əməkdaşlarından alınan ərizələrin sayı çoxalmışdır. Bu istəklərin əksəriyyəti ölkəmizin nailiyyətləri, xüsusilə də neft sektorunda əldə etdiyi uğurları ilə bağlıdır. Azərbaycanda öyrənməyə çox şey var - hasilatın pay bölgüsü haqqında unikal sazişlər sistemi, ən böyük neft və qaz yataqları və nəqliyyat infrastrukturu, burada təmsil olunan neft sənayesinin dünya liderləri. Əlbəttə, Bakının gözəlliyi də mühüm rol oynayır.

Təbii ki, keçmiş işçilərimizin çoxu Azərbaycanda qalır və bu gün onların çoxu yerli və xarici şirkətlərdə rəhbər vəzifələr tutur və bizim dost və müştərilərimizdir. Dediyim kimi, hər bir halın müsbət tərəfini tapmaq olar.

Ümumiyyətlə mən hesab edirəm ki, "məzunlarımız" şirkətimizin ölkənin inkişafına ən dəyərli töhfəsindən biridir.

Belə bir fikir vardır ki, sizin peşənizdə gündəlik təkrarlanan işlər çoxdur, bu belədirmi?

Əlbəttə, biz böyük sayda tələb və qaydalara əməl etməliyik və buna görə də deyə bilmərəm ki, şablon üzrə gündəlik təkrarlanan iş heç yoxdur. Lakin karyera yüksəldikcə belə işin həcmi də azalır və ön plana şəxsi xüsusiyyətlər, təşkilati və liderlik bacarıqları çıxır. Bu gün mənim vaxtımın çox hissəsi iş yoldaşları, müştərilər, işgüzar partnyorlarla ünsiyyətə sərf olunur və sənədlərlə iş vacib olsa da, onun üçün vaxt tapmaq mürəkkəb məsələyə çevrilir.

Buna baxmayaraq, gündəlik təkrarlanan işlər çox vacibdir - məsələn, təkmilləşmək, öz sahəndə və müştərilərin biznesində yeni tendensiyalardan agah olmaq üçün hər zaman vaxt tapmaq lazımdır və bu da gündəlik işin bir hissəsinə çevrilməlidir. Hər zaman oxumaq, mütaliə etmək, yeniliklərə açıq olmaq çox vacibdir, əks halda düzəlməz bir səhv buraxaraq, mənim sevimli əsərim olan "Yekun diaqnoz" kitabında Artur Heylinin yazdığı kimi, həyatdan geridə qalmaq olar.

Son sual - bu il EY şirkətinin Azərbaycandakı ofisinin 20 illik yubileyidir və bu münasibətlə Sizi təbrik edirik. Fikrinizcə, şirkətinizin ən önəmli nailiyyəti nədir?

Təbrikinizə görə çox sağ olun, bu bizim üçün doğrudan da mühüm bir hadisədir. Zənnimcə, ən önəmli nailiyyət ondan ibarətdir ki, biz hamı üçün bərabər imkanlar yaratdmışıq. Mən fəxr edirəm ki, Azərbaycanda ilk CPA lisenziyasının sahibi, Azərbaycanda ilk ACCA lisenziyasının sahibi, ilk Azərbaycanlı partnyor, məsləhətlər sahəsində ilk qadın partnyor, audit sahəsində ilk qadın partnyor məhz EY Azərbaycanda işləyirlər. Uorren Bafet bu yaxınlarda demişdir ki, qadınlar kifayət qədər qiymətləndirilməyib və Amerikanın tərəqqisinin açarıdır. Bu gün Bakıdakı ofisimizin ali rəhbərliyinin yarısından çoxu qadınlarla təmsil olunur, buna görə də mən əminəm ki, hər şey əla olacaq!

Perunun tanınmış dövlət xadimi Azərbaycana öz dəstəyini ifadə edib
Perunun tanınmış dövlət xadimi Azərbaycana öz dəstəyini ifadə edib
Azərbaycanda əkiz və üçəmlərin sayı artıb
Azərbaycanda əkiz və üçəmlərin sayı artıb
Tarix yazan qəhrəmanlarımız - Onları tanıyaq (FOTO)
Tarix yazan qəhrəmanlarımız - Onları tanıyaq (FOTO)
Loading Bars
Xəbər lenti
Perunun tanınmış dövlət xadimi Azərbaycana öz dəstəyini ifadə edib
ABŞ-ın Minsk Qrupunun həmsədri qismində fəaliyyəti ABŞ mətbuatında müzakirə olunub
Fransada son sutkada koronavirusdan 163 nəfər dünyasını dəyişib
İtaliya mətbuatında Ermənistanın azərbaycanlı diplomatlara qarşı terror təhdidlərindən bəhs edən yazılar dərc olunub
ABŞ-da qırıcı təyyarə qəzaya uğrayıb
Dünyada son bir həftədə 2,4 milyondan çox koronavirusa yoluxma halı qeydə alınıb
ANAMA: Təmas xəttində mərmilər, qumbara və partlamamış mərmi qalıqları aşkarlanıb (FOTO)
Ermənistan xarici işlər naziri Rusiyaya gedib
Moskvada koronavirusdan ölənlərin sayı 6 121-ə yüksəlib
Çempionlar Liqasında "Lasio" "Borussiya"nı, "Mançester Yunayted" "PSJ"ni məğlub edib
UEFA Azərbaycanda oyunlara aid qərar verib
Azərbaycanda əkiz və üçəmlərin sayı artıb
Xudafərin körpüsü üzərində Azərbaycan bayrağının qaldırılması tarixi ədalətin bərpasıdır - Tarixçi
UEFA gənclər arasında Avropa çempionatını təxirə salıb
Türkiyədə koronavirusdan sağalanların sayı 307 minə çatır
Tarix yazan qəhrəmanlarımız - Onları tanıyaq (FOTO)
VPN ilə bağlı əhaliyə xəbərdarlıq
İtalyan professor: Azərbaycan Ermənistanı güzəştə məcbur etmək üçün vacib olan hücum və müdafiə sistemlərinə malikdir
Yeni şanlı tarixin zirvəsi - Şuşa
Dövlət başçısının apardığı siyasət nəticəsini verdi - Deputat
Ermənistan silahlı qüvvələrinin Qubadlı istiqamətindəki bölmələri məhv edilib (VİDEO)
Ermənistanın cinayətlərinə beynəlxalq birliyin müəyyən dairələri susqunluq nümayiş etdirir - Deputat
Peşəkar jurnalist Hi Pinq Çinin Sinxua agentliyinin prezidenti təyin edilib
Gəncəyə növbəti raket atəşini qətiyyətlə pisləyirəm - Qazaxıstan səfiri
Ermənistanın növbəti PUA-sı məhv edilib
Ali Məhkəmə erməni terroru ilə bağlı bəyanat yayıb
Düşmənin hərbi texnikaları və canlı qüvvəsi məhv edilib (VİDEO)
Xudafərin istiqamətində hərbi əməliyyatların aparılması barədə düşmənin yaydığı xəbər cəfəngiyatdır - Hikmət Hacıyev
Ermənilər Xudafərini birdəfəlik unutsunlar - Anar Eyvazov
Düşmən itki verərək geri çəkilib - Müdafiə Nazirliyi
Bəzi vətəndaşların sosial şəbəkələrdə hərbi məlumatları yayması hərbi sirri pozur - Anar Eyvazov
Virusa yoluxma statistikasında dalğalanma hansı səbəbdən baş verir?
ABŞ-da 58 mindən çox koronavirusa yoluxma qeydə alınıb
Gəncə istiqamətində Ermənistanın PUA-sı məhv edilib
Koronavirusa yoluxanlarda sonradan hansı fəsadlar ola bilər? - Həkim açıqladı
A-Qroup Gəncə terrorunda ata, ana, bacısını itirən Xədicə-nin yetkinlik yaşına qədər bütün tibbi xərclərini öz üzərinə götürüb
Ermənistan qlobal təxribatçıların əlaltısıdır - Xarici KİV-lər
Kastamonu Universitetində təhsil alan azərbaycanlı gənclərdən Azərbaycan dəstək (FOTO)
Hindistanın Şri Şri Universitetində Azərbaycanın Müstəqillik Günü münasibətilə tədbir keçirilib
İşğaldan azad olunmuş Zəngilan şəhərinin “Azersky” peykindən əldə edilmiş təsviri
Kamal Kılıçdaroğlu Prezident İlham Əliyevə məktub göndərib
Xudafərinlə bağlı erməni tərəfinin yaydığı məlumat dezinformasiyadır - Müdafiə Nazirliyi
Təhsil Nazirliyi Zəngilanın təhsil statistikasını açıqlayıb
KOB-ların maliyyə resurslarına çıxış imkanlarına dair bankların iştirakı ilə vebinar keçirilib
Ermənistan vergi güzəştlərini ləğv edir - Büdcə tükənir
Ciddi karantin qaydaları tətbiq etmədən də koronavirusa qalib gəlmək olar - MÜTƏXƏSSİS
Ombudsman Ermənistanın Gəncə şəhərini ballistik raket atəşinə tutması barədə hesabat hazırlayıb
Azərbaycanlı qardaşlarımızın yanında olmağa davam edəcəyik - Hulusi Akar
Ermənistan ordusu tərəfindən yaşayış məntəqələrimiz atəşə tutulub
Xudafərin körpülərinin UNESCO-nun Dünya Mədəni İrs Siyahısına salınması məqsədilə tədbirlər keçiriləcək
Bakıda pik saatlar üçün 100 ehtiyat avtobus ayrıldı
Azərbaycanda 584 nəfər COVID-19-a yoluxdu, 128 nəfər sağaldı, 5 nəfər vəfat etdi
Xalqımız bir daha əmin oldu ki, Prezident İlham Əliyev hansı məqamda nəyi necə etməyi bilir - Deputat
Prezident İlham Əliyev sözümüzün imzamız qədər əhəmiyyətli olduğunu bir daha dünyaya nümayiş etdirir - Vüqar Rəhimzadə
Mərkəzi Gömrük Hospitalının travmatoloqu Ramin Rzayev canlı yayımda çıxış edəcək
Oktyabrın 21-də manatın dollara qarşı məzənnəsi
Prezident İlham Əliyev: Əziz xalqım bilsin ki, hər kəndin, hər yüksəkliyin götürülməsi böyük rəşadət tələb edir
“WhatsApp”ın veb versiyasında gözlənilən funksiya işə düşür
Ermənilər tərəfindən mülki əhalimizə qarşı törədilən cinayət faktları üzrə 37 cinayət işi başlanıb
Prezident İlham Əliyev: Bu gün nəyi demək mümkündürsə onu deyirik
Birinci vitse-prezident Mehriban Əliyeva: Füzuli, Cəbrayıl, Xocavənd və Zəngilan rayonlarının bir sıra kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad olunması münasibətilə xalqımızı təbrik edirəm!
Prezident İlham Əliyev: Bu yalançıları biz bundan sonra da qovacağıq
1, 5 və 50 manatlıq pul nişanları yeni dizaynda tədavülə buraxılır (FOTO)
Prezident İlham Əliyev: Ermənistan hələ nə qədər gec deyil bəyanat verməlidir ki, işğal edilmiş torpaqlardan çıxıram
Prezident İlham Əliyev: Təkbaşına vuruşuruq, hər kəs bunu bilir
Prezident İlham Əliyev düşmənin məhv edilən və ələ keçirilən hərbi texnikalarının siyahısını açıqlayıb
İslamofobiya və türkofobiya Ermənistanın əsas xəstəliyidir - Türkiyə Prezident Administrasiyası
Azərbaycan Prezidenti: Ermənistan rəhbərliyi artıq bizim qarşımızda diz çöküb, onlara layiq olan yeri göstərmişik
Rusiyada 16 mindən çox yoluxma qeydə alınıb
Ankarada Ermənistanın Gəncə terroruna etiraz olaraq avtoyürüş keçirilib (FOTO)
Ermənistan növbəti itkilərini açıqlayıb
Prezident İlham Əliyev: Azərbaycan döyüş əməliyyatını beynəlxalq birlik tərəfindən tanınan öz ərazisində aparır
Prezident İlham Əliyev: Düşmənin başını yaran yumruğumuz bizim birliyimiz, məqsədyönlü fəaliyyətdir
Ermənilər Tərtəri atəşə tutdu, 2 mülki şəxs həlak oldu
Bu gün qazanılan uğurlar bir-iki günün yox, illərdir aparılan uzaqgörən siyasətin nəticəsidir - Deputat
Azərbaycan Prezidenti: Onlar, sadəcə olaraq, bizi və beynəlxalq vasitəçiləri aldadırdılar
Prezident İlham Əliyev: Biz Böyük Qayıdışın astanasındayıq
Azərbaycan Bayrağı Zəngilan şəhərində (VİDEO)
Prezident İlham Əliyev Xocavənd rayonunun isğaldan azad edilən Vəng kəndinə Çinarlı adı verib
Prezident İlham Əliyev: Zəngilan şəhəri və 24 kənd işğaldan azad olunub
Prezident İlham Əliyev: Müzəffər Azərbaycan Ordusu döyüş meydanında yeni qələbələr qazanır
Kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri elan olunub
İranda sutka ərzində 5 min nəfərdən çox şəxs koronavirusa yoluxub
Ermənistanın dinc insanları hədəfə almasını dünyanın görməsi vacibdir - Mustafa Şentop
Ermənistan Müdafiə Nazirliyi növbəti dəfə geri çəkildiklərini etiraf etdi
Prezident İlham Əliyev xalqa müraciət edib (FOTO) (YENİLƏNİB)
Ermənilərin Azərbaycan Ordusu qarşısında tab gətirə bilməməsi gözlənilən idi - Ekspert
Yerəvanda təcili toplantı: Separatçı rejimin sabiq "lider"ləri Paşinyandan izahat tələb edir
Təkcə düşmənlə deyil, onunla əlbir olan silah alverçiləri, terrorçularla da mübarizə aparırıq - Ekspert
Türkiyə parlamentinin sədri Gəncədədir (FOTO/VİDEO)
Ermənistanın indiki rəhbərliyi real problemləri həll etməyi bacarmır - Rusiyalı siyasi texnoloq
Düşmənin xeyli sayda canlı qüvvəsi və hərbi texnikası məhv edilib (VİDEO)
Ermənistan sosial şəbəkələrdə Azərbaycan adından əsgərlərimizə yardım adı altında vəsait toplayır - FOTO
Tapqaraqoyunluda qaz təchizatının bərpasına başlanılır (FOTO)
Ermənilər bütün saytlarda və sosial şəbəkələrdə çox aktiv şəkildə bizi izləyir - Hərbi ekspert
ADA Universitetinin xarici məzunları Azərbaycana həsr edilən kitab yazıblar
Gənclər təşkilatları arasında vətənpərvərlik istiqamətində layihə müraciətlərinin nəticələri açıqlanıb
Vətən Müharibəsindəki şanlı qələbəmiz müasir tariximizdə yeni səhifələr açacaq - Rektor
Xristian dini icma rəhbərləri ABŞ konqresinə təqdim olunmuş qətnamə layihəsinə etiraz edib
Ceyhun Bayramov Türkiyə parlamentinin sədri ilə görüşüb (FOTO)
Bütün xəbərlər