...

"JPMorgan" Azərbaycan və Türkiyə üzrə ofisinə rəhbər təyin edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Sentyabr 2014 11:13 (UTC +04:00)
Aktivlərinin həcminə görə ABŞ-ın ən böyük bankı olan “JPMorgan Chase & Co”-nun Azərbaycan və Türkiyə üzrə ofisinin rəhbəri vəzifəsinə Mustafa Bağrıaçık təyin edilib.
"JPMorgan" Azərbaycan və Türkiyə üzrə ofisinə rəhbər təyin edib

Azərbaycan, Bakı, 25 sentyabr/ Trend, müxbir Səbinə Əhmədova/

Aktivlərinin həcminə görə ABŞ-ın ən böyük bankı olan "JPMorgan Chase & Co"-nun Azərbaycan və Türkiyə üzrə ofisinin rəhbəri vəzifəsinə Mustafa Bağrıaçık təyin edilib.

Trend-in Reuters-ə istinadən verdiyi məlumata görə, Mustafa Bağrıaçık bu vəzifədə fəaliyyətinə oktyabrın 1-dən başlayacaq. O, öz vəzifəsini İstanbuldan yerinə yetirəcək.

Bağrıaçık son beş ildə "Deutsche Bank"-ın Türkiyə və Azərbaycan üzrə İnvestisiya bankçılığı və konsultasiya departamentin rəhbəri vəzifəsində işləyib. O, həmçinin 10 il ərzində "Goldman Sachs Group Inc"-də fəaliyyət göstərib.

M.Bağrıaçık "JP Morgan"-ın Orta Şərq, Türkiyə və Afrika üzrə məsul səlahiyyətlisi Sjoerd Leenarta tabe olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti