...

Azərbaycan İranla Rusiya arasında ticari əlaqələrin inkişafı üçün körpü ola bilər

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Sentyabr 2014 12:19 (UTC +04:00)
Azərbaycan İranla Rusiya arasında ticari əlaqələrin inkişafı üçün körpü ola bilər və bu səmərəli əməkdaşlıq hər üç ölkənin xeyrinədir.
Azərbaycan İranla Rusiya arasında ticari əlaqələrin inkişafı üçün körpü ola bilər

Azərbaycan, Bakı, 25 sentyabr /Trend, müxbir Təmkin Cəfərov/

Azərbaycan İranla Rusiya arasında ticari əlaqələrin inkişafı üçün körpü ola bilər və bu səmərəli əməkdaşlıq hər üç ölkənin xeyrinədir. Bunu cümə axşamı Trend-ə Bakıda səfərdə olan İranın Gilan əyalətinin Ticarət-Sənaye Palatasının sədri Hadi Tizhuş Taban deyib.

H.T.Taban bildirib ki, hazırda Azərbaycan və İran tacirlərinin Rusiya ilə biznes əlaqələri yaxşı səviyyədədir, lakin hər iki ölkədə Rusiya ilə ticari əlaqələri daha da inkişaf etdirmək üçün geniş potensial mövcuddur: "İran və Azərbaycanın iş adamları və tacirləri arasında ticari əlaqələr daha da yaxşılaşdırılarsa, hər iki ölkə Rusiyaya ixracat və idxalatla bağlı daha sıx əməkdaşlıq edə bilər".

O, əlavə edib ki, Azərbaycan Şimal-Cənub və TRACEKA dəhlizlərinin üzərində yerləşir. "Bu dəhlizlər vasitəsi ilə yüklərin daşınma xərcləri və zamanı azalır, eləcə də yüklərin bu dəhlizlər vasitəsi ilə tranzitini daha əlverişli edir. Fars körfəzi, Asiya və Avropa ölkələrinə tranzit olunan yüklər hər iki ölkə üçün əlavə dəyərin artmasına səbəb olur".

H.T.Tabanın sözlərinə görə, İran kənd təsərrüfatı məhsullarının istehsalı sahəsində geniş potensiala malikdir: "Rusiyanın kənd təsərrüfatı məhsullarına tələbatı çoxdur. Bu baxımdan, azərbaycanlı tacirlər vasitəsilə Rusiyaya aparılan İran məhsullarının həcmi daha da artırıla bilər. Hazırda ticari əlaqələr var, lakin bu, qənaətbəxş deyil".

Tizhuş Taban deyib ki, Azərbaycan və İran iş adamları birgə müəssisələr yaratmaqla Rusiyaya məhsullar ixrac edə bilərlər. "İki ölkənin tacirlərinin birlik yaratması və məhsulların Rusiyaya daha rahat və tez ixrac edilməsi, gömrük sənədləşdirilmələrinin asanlaşdırılması, vergi və gömrük xərclərinin azaldılması ilə bağlı addımlar aılması lazımdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti