...

Azərbaycanda sərnişin vaqonlarının sayı artırılacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Sentyabr 2014 14:58 (UTC +04:00)
"Azərbaycan Dəmir Yolları" QSC Qurban bayramı ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçəcək.
Azərbaycanda sərnişin vaqonlarının sayı artırılacaq

Azərbaycan, Bakı, 29 sentyabr /Trend, müxbir Emil İsmayılov/

"Azərbaycan Dəmir Yolları" QSC Qurban bayramı ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçəcək. Bunu Trend-ə QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov deyib.

N.Əzməmmədov əlavə edib ki, QSC Qurban bayramı ilə əlaqədar oktyabrın 3-dən 8-dək gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

Onun sözlərinə görə, gücləndirilmiş rejim çərçivəsində bütün daxili dəmiryol sərnişin reyslərinə əlavə vaqonlar qoşulacaq: "Hazırda əlavə qoşqu üçün nəzərdə tutulmuş vaqonların texniki baxışı və hazırlığı aparılır. Məqsəd bayram günlərində sərnişin axınını təmin etməkdir".

QSC sözçüsü vurğulayıb ki, gücləndirilmiş rejim zamanı yüklərin yükləndiyi və boşaldıldığı bütün məntəqələrdə növbətçiliklər təşkil olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti