...

Azərbaycanda xam neft və təbii qaz hasilatı üzrə istehsalçı qiymətləri ucuzlaşıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Oktyabr 2014 19:26 (UTC +04:00)
2014-cü ilin sentyabr ayında Azərbaycanda sənaye məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 4,0 faiz, o cümlədən mədənçıxarma sənayesi üzrə istehsalçı qiymətləri 4,6 faiz, emal sənayesi üzrə istehsalçı qiymətləri isə 0,4 faiz ucuzlaşıb.
Azərbaycanda xam neft və təbii qaz hasilatı üzrə istehsalçı qiymətləri ucuzlaşıb

Azərbaycan, Bakı, 10 oktyabr /Trend/

2014-cü ilin sentyabr ayında Azərbaycanda sənaye məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 4,0 faiz, o cümlədən mədənçıxarma sənayesi üzrə istehsalçı qiymətləri 4,6 faiz, emal sənayesi üzrə istehsalçı qiymətləri isə 0,4 faiz ucuzlaşıb.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, 2014-cü ilin sentyabr ayında mədənçıxarma sənayesi bölməsində xam neft və təbii qaz hasilatı üzrə 4,6 faiz ucuzlaşma, metal filizlərinin hasilatı üzrə 1,3 faiz, daş, qum, çınqıl, duz və digər mədənçıxarma sənayesi məhsullarının hasilatı üzrə istehsalçı qiymətlərində isə 0,5 faiz bahalaşma müşahidə olunub.

Sentyabr ayında emal sənayesi bölməsində istehsalçı qiymətləri kimya sənayesi üzrə 0,9 faiz, neft məhsullarının istehsalı üzrə 0,7 faiz, metallurgiya və icki istehsalı üzrə 0,1 faiz ucuzlaşıb, kompüter və digər elektron avadanlıqlarının istehsalı üzrə 4,7 faiz, tikinti məmulatlarının istehsalı və tütün məmulatlarının istehsalı üzrə 0,5 faiz, ağac emalı və ağacdan məmulatların istehsalı üzrə 0,2 faiz, qida məhsullarının istehsalı üzrə istehsalçı qiymətləri isə 0,1 faiz bahalaşıb.

Ay ərzində elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, su təchizatı, tullantıların təmizlənməsi və emalı bölmələri üzrə isə heç bir dəyişiklik müşahidə olunmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti