...

Muğanbank 7-ci Azərbaycan Mirkomaliyyə konfransının sponsoru olub

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Oktyabr 2014 11:21 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 oktyabr /Trend/

Muğanbank 9-10 oktyabr tarixlərində "Maliyyə əhatəliyini dəstəkləyən innovativ praktikalar: Təcrübələrin öyrənilməsi" mövzusunda keçirilən 7-ci Azərbaycan Mikromaliyyə konfransının sponsoru kimi çıxış etmişdir.

Bazar ertəsi bankadan daxil olan məlumata görə, konfransın açılışında Azərbaycan Mikromaliyyə Assosiasiyası İctimai Birliyinin (AMFA) icraçı direktoru Jalə Hacıyeva çıxış edərək tədbirdə iştirak edən qonaqları salamlamış, Muğanbank və digər tərəfdaş şirkətlərə minnətdarlığını bildirmişdir.

Konfransda yerli banklar və maliyyə institutları ilə yanaşı xarici investorlar da iştirak etmiş, gündəlikdə duran məsələlər müzakirə olunmuşdur.

Qeyd edək ki, "Muganbank" ASC-nin Pərakəndə Bankinq və Beynəlxalq Maliyyə İnstitutları ilə iş Departamentinin direktoru Elnur Abbasov Azərbaycan Mikromaliyyə Assosiasiyanın (AMFA) İdarə Heyətinin üzvüdür.

Azərbaycan maliyyə-bank sektorunun tanınmış qurumlarından biri olan "Muğanbank" ASC 1992-ci ildə fəaliyyətə başlamışdır. Hal-hazırda Bankın ölkə ərazisində 40 filialı və 7 şöbəsi, həmçinin Moskva şəhərindəki nümayəndəliyi müştərilərə hər növ bank məhsulları üzrə keyfiyyətli xidmət göstərir. "Muğanbank" ASC ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID), Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Beynəlxalq Maliyyə Korporasiyası (IFC), ABŞ-ın WorldBusiness Capital (WBC) investisiya fondu, Xarici Özəl İnvestisiyalar Korporasiyası (OPIC), Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD) kimi beynəlxalq iqtisadi qurumlarla əməkdaşlıq edir.

Muğanbankın xidmət və məhsulları haqqında ətraflı məlumat almaq üçün 933 Məlumat Mərkəzinə zəng edə, www.muganbank.az saytımıza və ya https://www.facebook.com/pages/Muganbank/106864156005722?ref=hl facebook səhifəsinə keçid ala bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti