...

Azərbaycan iqtisadiyyatına yatırılan xarici investisiyalar təqribən 18 faiz artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Oktyabr 2014 14:52 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 oktyabr /Trend, müxbir Maksim Tsurkov/

2014-cü ilin yanvar-sentyabr aylarında Azərbaycan iqtisadiyyatına qoyulan xarici investisiyaların ümumi həcmi 3 517 milyon manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 17,9 faiz çoxdur. Trend-in məlumatına görə, bu barədə Dövlət Statistika Komitəsinin hesabatında deyilir.

Xarici ölkələr və beynəlxalq təşkilatlar tərəfindən yanvar-sentyabr aylarında Azərbaycan iqtisadiyyatına yatırılan investisiyaların 79,8 faizi (2,8 milyon manatdan çox) Böyük Britaniya, Norveç, Türkiyə, ABŞ, Fransa və Yaponiya investorlarının payına düşür.

Əvvəlki kimi Böyük Britaniya liderlik mövqeyini qoruyur. Onun xarici investisiyaların ümumi həcmində xüsusi çəkisi 32,2 faiz, investisiyaların özü isə 1131,872 milyon manat təşkil edib. Norveç investisiyaları 640,019 milyon manat (xüsusi çəkisi 18,2 faiz), Türkiyə - 309,609 milyon manat (8,8 faiz), ABŞ - 294,483 milyon manat (8,4 faiz), Fransa - 225,593 milyon manat (6,4 faiz), Yaponiya investisiyaları isə 203,09 milyon manat (5,9 faiz) təşkil edib.

Beynəlxalq maliyyə institutlarından ən böyük investisiya Dünya Bankı tərəfindən qoyulub (2,9 faiz xüsusi çəki ilə 102,84 milyon manat). Asiya İnkişaf Bankı yanvar-sentyabr aylarında Azərbaycanda layihələrin reallaşdırılmasına 51,19 milyon manatdan çox vəsait (1,5 faiz), Avropa İnkişaf və Yenidənqurma Bankı isə 3,2 milyon manat (0,1 faiz) ayırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti