...

"PRAVDA Awards 2014": yeni format və yeni imkanlar

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Oktyabr 2014 18:29 (UTC +04:00)
"PRAVDA Awards"ın doqquzuncu Ümumukrayna PR-layihələr müsabiqəsinə start verilib.

Azərbaycan, Bakı, 17 oktyabr /Trend/

"PRAVDA Awards"ın doqquzuncu Ümumukrayna PR-layihələr müsabiqəsinə start verilib. Layihələrin qəbulu 2014-cü ilin oktyabrın 31-dək davam edəcək.

Cari ilin dəyişiklikləri və çağırışları kommunikasiya sahəsində yeni tələbatları formalaşdırır. Ukrayna tədricən Avropa kontekstinə inteqrasiya olur, bu isə o deməkdir ki, şəffaflığın vacibliyi və auditoriyanın bərabər dialoqa cəlb olunması ön plana keçir. Məhz bu səbəbdən bizim məqsədimiz Ukraynada PR-kommunikasiyanın səviyyəsini artırmaq və dünya standartlarına əsaslanaraq, layihələrin qiymətləndirilməsidir. Builki müsabiqənin xüsusiyyəti onun yeni formatı olacaq - beynəlxalq münsiflər heyəti tərəfindən bütün layihələrə onlayn şəkildə baxılacaq.

Münsiflər heyətinin tərkibinə dünya şöhrətli beynəlxalq ekspertlər, ukraynalı mütəxəssislər və ötən il keçirilən müsabiqənin qalibləri daxildir, yəni:

1. Pol Holms, münsiflər heyətinin sədri, "The Holmes" hesabatının və "SABRE awards" (ABŞ) mükafatının təsisçisi və icraçı;
2. Andre Manninq, "PR & Public Affairs" və "Booking.com"un (Niderland) qlobal rəhbəri;
3. Anton Qlivinskiy, директор по связям с общественностью, ЭСТА Холдинг (Украина);
4. Qabor Heqi, "Capital Communications"ın (Macarıstan) icraçı direktoru;
5. Canni Katalfamo, "Digital & Social Media Leadership boutique cc: catalfamo"nun (İtaliya) icraçı direktoru;
6. Dmitri Şerembey, "Ukraynanın Pasiyentləri" Xeyriyyə Fondunun (Ukrayna) direktoru;
7. İrina Zolotareviç, "PLEON Talan"ın direktoru, "WCF Davos" Komitəsinin üzvü, "C4F Davos Awards"ın direktoru, UAPR-ın (Ukrayna) İdarə Heyətinin üzvü;
8. Lars Hilz, "Lars Hilse"ın və "Web Strategy & E-Business Development Consultants"ın (Almaniya) icraçı direktoru;
9. Lorena Karenyo, "Marketing Q S & C"nin (Meksika) icraçı direktoru;
10. Yelena İvanova, HPPR Agentliyinin (Ukrayna) direktoru;
11. Olqa Qerasenko, BMT Fondunun (Belarus) ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi;
12. Yelena Yakimçuk, "Amway Ukraine"ın korporativ əlaqələr üzrə meneceri;
13. Stüart Bryus, müstəqil məsləhətçi, onlayn PR-bloqer, digital-mütəxəssis (Böyük Britaniya).

Müsabiqədə iştirak ərizələrini 3 nominasiyada təqdim etmək olar:

2014-cü ildə iştirakçılar layihələrini aşağıdakı nominasiyalar üzrə təqdim edə bilərlər:

Nominasiya №1

"Ən kreativ layihə" - PR-kampaniya çərçivəsində ən orijinal həllə görə:
• "İri layihələr" kateqoriyası (büdcəsi 150 000 qrivnadan artıq. Vergisiz);
• "Kiçik və kiçik büdcəli layihələr" kateqoriyası (büdcəsi 150 000 qrivnadan az. Vergisiz);

Nominasiya №2

"Ən effektiv layihə" - etik standartlar bazası üzərində PR-alətlər vasitəsilə qarşıya qoyulmuş məsələnin ən effektiv həllinə görə:
• "İri layihələr" kateqoriyası (büdcəsi 150 000 qrivnadan artıq. Vergisiz);
• "Kiçik və kiçik büdcəli layihələr" kateqoriyası (büdcəsi 150 000 qrivnadan az. Vergisiz);

Nominasiya №3

- Xeyriyyə layihələri - PR-şirkətləri tərəfindən təmənnasız əsasda həyata keçirilən müsabiqələr.

Bundan başqa, hər hansı bir nominasiya üzrə qalib gələn və digər bir nominasiyada fərqlənən layihə "Festivalın Qran-pri" mükafatını alacaq.

Müsabiqə iştirakçıları tərəfindən qısa siyahıda yer alan işlərin müdafiəsi və qaliblərin mükafatlandırma mərasimi 2014-cü ilin noyabrın 20-də keçiriləcək.

Ətraflı məlumat üçün əlaqə:

Anastasiya Lukaşeviç

"PRAVDA Awards 2014"ün meneceri

e-mail: [email protected]

https://www.facebook.com/pages/PRAVDA-Awards/144697878879274

Arayış

"PRAVDA Awards" PR layihələr müsabiqəsi - ictimaiyyətlə əlaqələr sahəsində Ukraynanın ən nüfuzlu müsabiqəsi və ən uğurlu nominasiyaların və layihələrin müzakirəsi üçün platformadır. Müsabiqə 2006-cı ildən başlayaraq Ukrayna İctimaiyyətlə Əlaqələr Assosiasiyası (UAPR) tərəfindən hər il keçirilir. "PRAVDA Awards"da layihələr effektivlik və kreativlik meyarlarına görə qiymətləndirilir. Təqdim olunan bütün işlər UAPR-in Professional Etika Məcəlləsinə uyğun olmalıdır. Münsiflər heyəti aparıcı şirkətlərin və qurumların nümayəndələri, habelə xarici və Ukrayna mütəxəssislərinin bərabər iştirakı prinsipi ilə formalaşır. Bundan başqa, hakimlər kollegiyasına müvafiq KİV və peşə təhsili nümayəndələri və müvafiq peşəkarlar birliklərin idarəçiləri daxildir.

İctimaiyyətlə Əlaqələr üzrə Ukrayna Assosiasiyası (UAPR) - beynəlxalq ictimai təşkilatdır. UAPR-ın missiyası Ukraynada yüksək PR professionallıq standartlarının tətbiqidir. Assosiasiya Professional Etika Məcəlləsinin nəzdində fəaliyyət göstərir və ictimaiyyətlə əlaqələr üzrə mütəxəssislərdən peşəkar davranış tələb edir. UAPR-ın əsas layihələri: Avropa PR Konqresi, "PRAVDA Awards" PR layihələr müsabiqəsi, Ukrayna PR bazarının tədqiqatı, UAPR Akademiyası, PR Emalatxanası, PR-direktorlar Klubu, Sərhədsiz PR.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti