...

Lənkəranda treninq keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Oktyabr 2014 18:42 (UTC +04:00)
İqtisadiyyat və Sənaye Nazirliyinin Bakı Biznes Tədris Mərkəzi ölkədə gənclərin iqtisadi fəallığının artırılması, onların sahibkarlıq fəaliyyətinə cəlb edilməsi məqsədilə regionlarda sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlamaq istəyənlər üçün maarifləndirmə tədbirlərini davam etdirir.
Lənkəranda treninq keçirilib

Azərbaycan, Bakı, 24 oktyabr /Trend/

İqtisadiyyat və Sənaye Nazirliyinin Bakı Biznes Tədris Mərkəzi ölkədə gənclərin iqtisadi fəallığının artırılması, onların sahibkarlıq fəaliyyətinə cəlb edilməsi məqsədilə regionlarda sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlamaq istəyənlər üçün maarifləndirmə tədbirlərini davam etdirir.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, növbəti treninq Bakı Biznes Tədris Mərkəzinin Lənkəran nümayəndəliyinin təşkilatçılığı ilə Lənkəranda sahibkarlıq fəaliyyətinə başlamaq istəyən gənclər üçün keçirilib.

"Biznes ideyanı yarat", "Öz biznesinə başla", "Marketinq" mövzularında keçirilən treninqdə sahibkarlığın inkişafına göstərilən dövlət dəstəyi tədbirləri, o cümlədən innovativ sahibkarlığın stimullaşdırılması üçün həyata keçirilən tədbirlər barədə məlumat verilib. Bildirilib ki, gənclərin məşğulluğunun təmin olunması, onların sahibkarlıq fəaliyyətinə cəlb edilməsi üçün İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən 2013-cü ildən "Azərbaycan gənclərinin sahibkarlıq fəaliyyətində iştirakının dəstəklənməsi layihəsi"nin icrasına başlanılıb və layihə çərçivəsində Quba-Xaçmaz iqtisadi rayonunda biznes inkubator yaradılıb. Hazırda biznes inkubatorda 20 gənc sahibkar kimi hazırlanır.

Treninqdə iştirakçılara biznes-ideyanın yaradılması və həyata keçirilməsi SWOT təhlilin aparılması, bu sahədə beynəlxalq təcrübə, yeni biznes subyektlərinin yaradılması qaydaları, marketinq, satışın təşkili, reklam fəaliyyəti və s. barədə məlumat verilib.

Bundan başqa, treninqdə İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən göstərilən elektron xidmətlərə dair təqdimat keçirilib, www.icazeler.gov.az, və www.b2b.az elektron portalları, portalların biznesin səmərəli təşkili və inkişafı üçün yaratdığı imkanlar, həmçinin investisiya layihələrinin maliyyələşdirilməsi ilə əlaqədar elektron idarəetmə sistemi və s. barədə məlumat iştirakçıların diqqətinə çatdırılıb.

Tədbir çərçivəsində iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanıb, onları maraqlandıran suallar cavablandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti