...

Vergilər nazirinə müraciətlər nəzarətə götürüldü (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Oktyabr 2014 17:36 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 oktyabr /Trend/

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşları qəbul edir, onların qarşılaşdığı problemlərin həllinə köməklik göstərirlər.

Vergilər Nazirliyinin Analitik-informasiya şöbəsindən Trend-ə verilən məlumata görə, növbəti belə qəbul oktyabrın 30-da vergilər naziri Fazil Məmmədov tərəfindən Salyan şəhərindəki Heydər Əliyev Mərkəzində Salyan, Neftçala və Saatlı rayonlarından olan vətəndaşlar üçün keçirilib.

Qəbulda vergilərin hesablanması, ödənilməsi, nəzarət kassa aparatlarının tətbiqi, vergi borcları, vergi nəzarəti tədbirləri sahəsində sahibkarların qarşılaşdıqları problemlər, vergi ödəyicilərinə göstərilən xidmətlər, kiçik sahibkarlığa güzəştli kreditlərin verilməsi, vergi orqanlarına işə qəbul və digər məsələlərlə bağlı 40-dan çox vətəndaşın müraciətinə baxılıb.

Qəbul zamanı qaldırılan problemlərin əksəriyyəti yerindəcə həll olunub, müraciətlərin bir qismi nəzarətə götürülüb, digərlərinin araşdırılması və lazımi tədbirlərin görülməsi ilə bağlı müvafiq tapşırıqlar verilib.

Qəbula gələn vətəndaşlar onlar üçün yaradılmış bu imkandan razı qaldıqlarını bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti