Azərbaycan, Bakı, 6 noyabr /Trend/
Gələcək nəsli təmsil edən ehtişamlı mehmanxana və qonaqpərvərliyi özündə birləşdirən Trump® International Hotel & Tower Baku -ya aid olan Trump Mehmanxana kompleksində işlər bütün sürətilə davam etməkdədir. 33 mərtəbədən ibarət olacaq bu əzəmətli mehmanxana Azərbaycanın paytaxtı Bakı şəhərinin Nəsimi rayonunda Həsən Əliyev küçəsində yerləşəkdir, 72 ultra - təmtəraqlı daimi yaşayış məkanı və 189 mehmanxana otaqları bu möhtəşəm binanın əsas özəlliyini təşkil edir. Tanınmış memar Zaha Hadidin layihəsi əsasında inşa edilmiş Heydər Əliyev Mərkəzinin yaxınlığında, Xəzər dənizi və şəhərin valehedici mənzərəsini, qabaqcıl və ən son dəbli elementləri və yüksək keyfiyyətli mədəni və məişət obyektlərini əhatə edən füsünkar bir ərazidə yerləşən bu bina 2015 -ci ildə istifadəyə verilərək bu bölgənin misilsiz gözəlliyinə məxsusi əsrarəngizlik gətirəcəkdir.
Trump şirkətinin prezidenti Donald J. Trump-ın sözləri ilə ifadə etsək "Trump International Hotel & Tower Baku" Trump şirkətini əks etdirən mükəmməlliyin ən yüksək standartını və sarsılmazlığı nümayış etdirməklə yanaşı, eləcə də bizim yalnız ən yaxşı və önəmli beynəlxalq tikinti layihələrində iştirakımızı təcəssüm etdirir. 2015 -ci ildə istifadəyə veriləcək bina qonaqların və daimi sakinlərin yalnız Bakıda deyil, həm də dünyada dəbdəbəli həyat və daşınmaz əmlak haqqında təəssüratlarını daha da zənginləşdirəcək və onlara tamamilə fərqli ehtişamı təqdim edəcəkdir."
Trump təşkilatının elmi- tədqiqat və təcrübi-konstruktor işləri üzrə icraçı vitse prezidenti İvanka Trump-ın sözləri ilə ifadə etsək "Bu misli görünməmiş və fantastik bina dəbdəbənin, ehtişamın və zərifliyin ən yüksək səviyyəsini təcəssüm etdirir, Xəzər dənizinin gözəlliyini təlqin edən qeyri-adi memarlıq və yüksək səviyyədə tikilmiş interyerlərdə müasir ruhlu tərtibatı və zamana tabe olmayan üslubu qüsursuz şəkildə özündə birləşdirir və onlara xüsusi gözəllik verir. Biz tayı-bərabəri olmayan və öz mükəmməlliyi ilə fərqlənən Trump xidmətlərini və obyektlərini Azərbaycana gətirməyimizə sevinirik".
Bakıda fəaliyyət göstərən, bu layihənin inşa edilməsinə dəstək verən, Azərbaycanın sürətlə inkişaf edən əsas şirkətlərindən biri olan "GARANT Holding" layihənin reallaşmasında mühüm töhfələrini verməklə yanaşı, layihəyə məxsusi bir özəllik - yerli spesifikasiyalar barədə zəngin biliklər gətirmişdir. "GARANT Holding" şirkətinin səhmdarı Anar Məmmədovun sözləri ilə ifadə etsək " Biz Trump təşkilatı ilə iş birliyi qurmaqda olduqca maraqlıyıq, bu iş birliyinin reallaşmasına xüsusi önəm veririk. Trump özünün inşa etdiyi möhtəşəm obyektləri və binaları ilə beynəlxalq miqyasda olduqca tanınmışdır. Biz Bakının qonaqlarını və sakinlərini yüksək keyfiyyəti ifadə edən, memarlıqda yeni nəsil üslubunu, nüfüzu, müstəsnalığı əks etdirən dünya səviyyəli mehmanxana və evlərlə təmin etməyə çalışırıq."
Xəzər dənizi üzərindən gözqamaşdırıcı təmtərağı ilə seçilən 33 mərtəbəli Trump Tower Baku binası şəhərin qaynar və qələbəlik mənzərəsi içərisində gözəl görkəmi ilə fərqlənən bir vahədir, 20,000 kvadratmetr (215,278 kvadrat fut) ərazini əhatə edir və gözoxşayan parklarla, fəvvarələrlə, böyük və geniş küçələrlə əhatə olunmuşdur. Mühüm yolların kəsişməsində yerləşən bu möhtəşəm bina şəhərin mərkəzinin Şərq qapısının əzəmətli simvoluna çevrilir və yaxınlıqda yerləşən Heydər Əliyev Mərkəzi ilə vəhdət təşkil edərək şəhərin ümumi panoramasına qənirsiz bir gözəllik verir. Binanın zahiri görünüşü, səciyyəvi təsviri və heyrətamiz silueti açıq dənizdə üzən yelkəni xatırladır, bürüncü panelləri, süşə çərçivələri və xüsusi terasları ehtiva edir. Qeyd edək ki, binanın layihələndirilməsi Baş qərargahı London şəhərində yerləşən və Böyük Britaniyaya məxsus olan MİXİTY Design Ltd şirkəti tərəfindən aparılmış, binanın inşası isə "GARANT Holding" şirkəti tərəfindən gerçəkləşdirilmişdir.
MİXİTY Design Ltd. şirkəti şəhərin mərkəzində dəbdəbənin və rahatlığın vahəsi olaraq təsəvvür edilmiş bu binanı təqdim etməklə füsünkar bir gözəllik yaratmışdır. Bu gözəllikdə klassik dəb və müasir ruh bir-biri ilə uyğunlaşmış, məcara ilə dolu şəhər zolağı zərif şəkildə öz əksini tapmışdır. Mötədil boz və tund qəhvəyi rənglər, zərif struktur, tünd qırmızı, bənövşəyi, göy, mavi və qara rənglərin üstünlük təşkil edən çalarları ilə qabarıq şəkildə vurğulanmışdır ki, bu da öz növbəsində ruhu sakitləşdirən və vəcdə gətirən mənzərini gözlə tam şəkildə duymağa və görməyə imkan yaradır. Pardaxlanmış metal, xüsusi parlaqlığı ilə fərqlənən büllur güzgü, oyma və bəzək işləri, nəfis mebellərlə möhtəşəm kontrast yaradır. Xüsusi olaraq dizayn edilmiş hər bir interyer və məkan dəyişgən çalarları ilə özünün yaratdığı pozitiv abu -hava ilə diqqəti cəlb edir. Hər bir interyer və məkanın arakəsmələrində təbii daşlardan, xalis taxtadan ibarət olan şponlardan və laklanmış səthlərdən istifadə olunmuşdur.
72 yaşayış mənzilinin hər biri uzunmüddətli icarə əsasında təqdim olunacaqdır və hər bir yaşayış mənzili nəfis və təmtəraqlı tərtibata malikdir, mənzillərin sahəsi 84-890 kvadrat metr (904-9,579 kvadrat fut) arasında dəyişir, mənzillərin hər birində arakəsmə və beton -armatur işləri, dizayn və tərtibat işləri yüksək səviyyədə aparılmışdır. Sakinlər xüsusi və fərdi giriş qapılarına daxil olduqda misilsiz görünüşlə və unudulmaz mənzərə ilə rastlaşacaqlar. Giriş qapılarının xüsusi dizaynla quraşdırılması və su ilə əhatə olunması binanı fərqləndirən əsas cəhətdir. Yaşayış binalarındakı geniş dəhlizlər və kuluarlardakı sütünlar, bej tonlarla, qızıl və gümüşlə işlənmələr, üfüqi və şaquli işıqlandırma elementləri, teksturlu şüşə üzərində işlənilmiş qızıl yarpaqlar parlaqlığı və gözəlliyi daha artıracaqdır.
Binaya məxsus olan ticarət və iaşə obyektləri daimi sakinlərlə yanaşı, mehmanxanada qalan qonaqlara da yüksək səviyyəli xidmət göstərəcəkdir. Ehtişamı və rahatlığı özündə ehtiva edən məişət və ictimai- iaşə obyektlərinə örtülü və qapalı üzgüçülük hovuzları ilə təchiz edilmiş və ümumi sahəsi 1,409 kvadrat metrdən (15, 166 kvadrat fut) ibarət olan SPA mərkəzi, 400 kvadrat metrlik (4,305kvadrat fut) sahəni əhatə edən Fitnes mərkəzi, 1,950 kvadrat metrlik (20,990 kvadrat fut) sahəyə malik olan Biznes mərkəzi, və ümumi sahəsi 147 kvadrat metrlik ərazini təşkil edən eksklüziv pərakəndə və tanınmış dünya səviyyəli aşpazlarla təmsil olunmuş xüsusi restoran daxildir. Restoran məkanları olduqca etibarlı, möhkəm və dayanıqlı oturacaqlarla və yemək dəstgahı ilə, qurğu və avadanlıqlarla təchiz edilmişdir. Açıq mətbəx, Bar, mənzərəsi parka və bağa açılan geniş teraslı otaqlarla təmin olunmuşdur. Analoqu olmayan, digər şəhərlərin fövqündə olan, açıq havada yerləşən iaşə obyekti əyləncə mərkəzi, tədbirlərin keçirilməsi üçün nəzərdə tutulmuş məkan Trump Tower Baku-nı müəyyən edən əsas cəhət olacaqdır.
Mehmanxananın 60 kvadrat metrlik (645 kvadrat fut) sahəyə malik olan geniş otaqlarından şəhərin panoramasını - şəhərin və dənizin heyrətamiz mənzərəsini, səmaya doğru ucalan müxtəlif formalı binaları təcəssüm etdirən əfsanəvi görünüşü seyr etmək mümkün olacaqdır . Yüksək səviyyəli mətbəxlə təmin olunmuş189 otağın hər biri, o cümlədən, geniş 30 lüks və 40 xidməti apartamentlərin təbii daşdan inşa edilmiş və boz rəngli palıd şponlarla cilalanmış divarları, interyerlərin şüşə fasadları, güzgülərin əksi və büllurluğu və laklanmış divar panelləri ilə fərqli bir dizayna malik olacaqdır.
Mərtəbələrlə yuxarı qalxarkən və ikinci mərtəbədə yerləşən qalereyaları yuxarıdan seyr və müşahidə edərkən yaranan qeyri-adi mənzərə və effektlər, geniş vestibül, rahat oturacaqlarla təchiz olunmuş xudmani məkanlar, sakit güşələr, incəsənət əsərləri mehmanxanaya gələn qonaqlara cazibədarlıq, incəlik və zəriflik zövqünü bir daha duymağa imkan verəcəkdir; əhəng daşından tikilmiş sütünlar, yarpaq formasında dizayn edilmiş qızılı sütünlar vestibüllərdə, dəhlizlərdə və kuluarlarda möhtəşəm bir görünüş yaradır, burum-burum yuxarıdan asılmış çilçiraqlar və qəndillər isə bu məkanları xariqüladə bir mənzərə ilə tamamlayır. Burma və dairəvi pilləkanlar, əyri polad profillərdən düzədilmiş örtüklər və çərçivələr, abnos ağacından düzəldilmiş qiymətli şponlar isə ikinci mərtəbədəki toplantı otaqlarına, birinci mərətəbədki məişət-iaşə obyektlərinə, 500 kvadrat metrlik (5,383 kvadrat fut) sahəni əhatə edən əzəmətli banket zalına, parkda- açıq havada yerləşən məkanlara xüsusi gözəllik qatacaqdır. Trump Tower Baku tədbirlərin, işgüzar görüşlərin və toplantıların keçirilməsi üçün ümumi sahəsi 2,800 kvadrat metr (30,139 kvadrat fut) əraziyə malik olan məkanı təqdim edəcəkdir.
Trump Mehmanxana Kompleksində inşa edilmiş bina və məkanlar buraya təşrif buyuran qonaqların ixtiyarına veriləcəkdir, Qonaqlar ekskluziv xidmətlərdən istifadə etməklə yanaşı, tanınmış müəlliflər tərəfindən tərtib edilmiş proqramlardan, o cümlədən, yüksək keyfiyyəti təmin edən Trump Attaché™ TRUMP CARD® xidmətlərindən, analoqu olmayan imtiyazlardan, üstünlüklərdən, Trump® Wellness (Sağlamlıq) proqramına daxil olan fitness və iaşə obyektlərindən yararlanmaq imkanına malik olacaqlar.
Trump Mehmanxana Kompleksinin baş icraçı direktorunun sözləri ilə ifadə etsək "Trump İnternational Hotel & Tower Baku - Trump Beynəlxalq miqyaslı Mehmanxana Kompleksinin və Bakı Qülləsinin bazarda aparıcı dizayna və mövqeyə malik olması bizim komandamızın tanınmasını əyani şəkildə izah edir. Bizim nüfüzlu mehmanxana kompleksimiz canlı və əməli surətdə ərsəyə yetirilməkdədir, biz inanırıq ki, Bakının dinamik inkişafı saysız -hesabsız imkanların yaranmasına zəmin yaradacaq, keyfiyyətin və dəbdəbənin layiqincə qiymətləndirilməsini təmin edəcəkdir."
Trump Mehmanxana Kompleksininn 2016 -cı ildə açılması nəzərdə tutulan digər obyektləri ilə əlaqəli olan layihə-konstruktor və tikinti işləri davam etməkdədir. Bu möhtəşəm tikililər ABŞ-ın paytaxtı olan Vaşinqton. Vankuver və Rio de Janeyro şəhərlərində inşa edilməkdədir.
Trump Mehmanxana Kompleksi haqqında
Trump Mehmanxana Kompleksinin inşasına 2007-ci ildə başlanılmışdır, TRUMP HOTEL COLLECTION™ qonaqpərvərliyin təmtəraqlı özəlliklərini özündə birləşdirən yeni nəsil qonaqpərvərlik məkanlarını təmsil edir - Bu kompleks yüksək keyfiyyətli səyahət təcrübəsində daha yüksək zirvələri fəth etməyə can ataraq hal-hazırda fərdi xidmətlərin göstərilməsi istiqamətində bazarda bu gün analoqu olmayan xidmətləri həyata keçirməkdədir. Dünya miqyasında tanınmış tərtibatçı və təsisçi Donald J. Trump və onun üç övladı - Donald Jr., İvanka və Erikin rəhbərlik etdiyi bu təşkilat tərəfindən həyata keçirilən möhtəşəm layihələr - məşhur Trump International Hotel & Tower® (Nyu-York),Trump International Hotel & Tower® (Çikaqo), Trump International Hotel™ (Las Vegas), Trump International Hotel™ Waikiki Beach Walk®, Trump SoHo® (Nyu-York), Trump Ocean Club® International Hotel & Tower (Panama), Trump International Hotel & Tower Toronto®, Trump National Doral® (Mayami), and Trump International Golf Links & Hotel™, (İrlandiya) təşkilatın fəaliyyət dairəsinin böyük nüfuza malik olan keçmişinin mühüm göstəricilərini təşkil edir.
Trump® Hotel (Rio de Janeyro), Trump International® Hotel & Tower (Vankuver) and Trump® International Hotel, (ABŞ-in paytaxtı Vaşinqton şəhəri) tikintisi, Poçt İdarəsinin qədimi, tarixi binasının yenidən inşası ilə əlaqəli işlər həyata keçirilməkdə davam edir və bu əzəmətli tikililərin 2016-cı ildə sona çatdırılması nəzərdə tutulmuşdur. www.TRUMPHOTELCOLLECTION.com saytına daxil olmaqla və ya TRUMP şirkətinə zəng etməklə (855 00 878-6700) sifarişləri əvvəlcədən etmək və yerləri rezervasiya - bron etmək mümküdür. TRUMP HOTEL COLLECTİON təsisatının baş qərargahı Trump Tower binasında yerləşir. Bu bina aşağıda göstərilmiş ünvanda yerləşir: 5-ci prospect, 725-ci məhəllə, Nyu-York, NY 10022. TRUMP HOTEL COLLECTİON təşkilatına aid olan sosial media səhifələrinə daxil olaraq onunla əlaqə yaradın.