...

Azərbaycan Beynəlxalq Bankı "Pensiya+" xidmətindən istifadəni genişləndirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Noyabr 2014 13:11 (UTC +04:00)
Azərbaycan Beynəlxalq Bankının (ABB) mətbuat xidmətindən verilən xəbərə görə, bank tərəfindən 2013-cü ilin oktyabrından başlayaraq təqdim olunmuş “Pensiya+” proqramı çərcivəsində 45 min pensiyaçıya 471,6 min manat həcmində faizsiz kredit verilib.
Azərbaycan Beynəlxalq Bankı "Pensiya+" xidmətindən istifadəni genişləndirir

Azərbaycan, Bakı, 7 noyabr /Trend/

Azərbaycan Beynəlxalq Bankının (ABB) mətbuat xidmətindən verilən xəbərə görə, bank tərəfindən 2013-cü ilin oktyabrından başlayaraq təqdim olunmuş "Pensiya+" proqramı çərcivəsində 45 min pensiyaçıya 471,6 min manat həcmində faizsiz kredit verilib. Bu barədə cümə günü bankdan Trend-ə daxil olan məlumatda deyilir.

Pensiya kartı sahibləri olan bütün pensiyaçılar verilən kredit vəsaitindən 165 ticarət obyektində, o cümlədən Riyadfarm, Avesta Farm və Azəri-Med şirkətlərinin apteklərində, Oksigen Klinikasında, Neptun, Araz, Makromarket, Armo Store, Rahat, Favorit, Everest, Bolmart, Bizim Market və Elmar Market supermarketlər şəbəkələrində nağdsız əməliyyatlar keçiməklə istifadə edirlər.

Bu xidmət artıq ölkənin regionlarını da əhatə edir. Hazırda Zaqatala, Qax, Gəncə və Sumqayıtdakı iri ticarət müəssisələri də bu proqrama qoşulmuşlar və onların sayı artırılmaqdadır.

"Pensiya+" proqramı çərçivəsində bütün pensiya kartlarının sahibləri avtomatik olaraq 100 manat məbləğində hər ay yenilənən faizsiz kredit limitini əldə edə bilərlər. Bununla belə, təqaüdçünün müraciəti əsasında bu məbləğ artırıla da bilər. Xidmət pulsuzdur, təqaüdçüdən heç bir əlavə komisyon haqqı və ya kredit faizi tutulmur.Kredit limiti yalnız müəyyən ticarət müəssisələrində nağdsız alış-veriş zamanı həmçinin ABB-nin bankomatları ve rəsmi internet səhifəsində kommunal ödənişlərin aparılması üçün istifadə oluna bilər. Kredit limitinin istifadəsi pensiya vəsaiti tam xərcləndikdən sonra mümkündür. Yaranmış borc növbəti ayın pensiya məbləğindən avtomatik şəkildə tutulur. Borc tam ödənildikdən sonra kredit limiti yenidən aktivləşdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti