...

MDB ölkələrinin hökumət başçıları 30 sənəd layihəsini nəzərdən keçirəcəklər

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Noyabr 2014 13:09 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 noyabr /Trend, müxbir Səba Ağayeva/

Noyabrın 21-də Aşqabadda keçiriləcək MDB Hökumət Başçıları Şurasının növbəti iclasında iqtisadi və humanitar sahələrdə, təhlükəsizliyin təminatı və digər istiqamətlərdə 30 sənədin nəzərdən keçirilməsi planlaşdırılır. Bu barədə Trend MDB İcraiyyə Komitəsinin saytına istinadən məlumat verir.

Məlumatda qeyd edilir ki, vacib sənədlər arasında aşağıdakı həll layihələri var: 18 oktyabr 2011-ci il tarixli Azad ticarət zonası haqqında müqavilənin müddəalarının reallaşdırılmasının gedişi, 2020-ci ilədək turizm sahəsində MDB iştirakçı dövlətlərinin inkişaf strategiyasının reallaşdırılması üzrə 2015-2017-ci illər üçün təbdirlər planı, MDB iştirakçı dövlətlərin baza təşkilatlarına statusun verilməsi və s.

Hökumət başçıları, həmçinin 2016-2020-ci illərdə xarici sərhədlərdə sərhədyanı təhlükəsizliyin möhkəmləndirilməsi üzrə MDB ölkələrinin əməkdaşlıq proqramını müzakirə edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti