...

A-Qroup sığorta şirkətindən 500 min AZN ödəniş

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Noyabr 2014 14:53 (UTC +04:00)
A-Qroup sığorta şirkəti könüllü tibbi sığortalarla bağlı iri ödənişlər həyata keçirməyə davam edir.
A-Qroup sığorta şirkətindən 500 min AZN ödəniş

Azərbaycan, Bakı, 18 noyabr /Trend/

A-Qroup sığorta şirkəti könüllü tibbi sığortalarla bağlı iri ödənişlər həyata keçirməyə davam edir. Yalnız 2014-ci ilin oktyabr ayı ərzində A-Qroup sığorta şirkəti 500 000 AZN yaxın məbləğdə ödəniş həyata keçirib.

Şirkətdən Trend-ə verilən məlumata görə, vəsaitin bir hissəsi Türkiyəyədə keçirilən müayinələrə və əməliyyatlara ödənilib.

Xatırladaq ki, A-Qroup Sığorta Şirkəti 1995-ci ildə təsis edilmişdir. Hal-hazırda şirkət 14 könüllü sığorta növü üzrə xidmət göstərir. İlin əvvəlində şirkət növbəti dəfə İSO 9001 beynəlxalq keyfiyyət standartına cavab verdiyini təsdiq etmişdir. A-Qroup Korporativ idarə etmə layihəsinin mükəmməlləşdirilməsi üzrə ikinci pilot proqramı çərçivəsində Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən seçilmiş yeganə sığorta şirkətidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti