...

Sahibkarlıq fəaliyyətinə yeni başlayanlar üçün treninq keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Dekabr 2014 19:36 (UTC +04:00)
Bakı Biznes Tədris Mərkəzi sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlayanlar üçün növbəti treninq dekabrın 3-də Cəlilabadda keçirib.
Sahibkarlıq fəaliyyətinə yeni başlayanlar üçün treninq keçirilib

Azərbaycan, Bakı, 3 dekabr /Trend/

Bakı Biznes Tədris Mərkəzi sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlayanlar üçün növbəti treninq dekabrın 3-də Cəlilabadda keçirib.

İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Bakı Biznes Tədris Mərkəzinin Lənkəran nümayəndəliyinin təşkilatçılığı, Cəlilabad Rayon İcra Hakimiyyətinin dəstəyi ilə təşkil edilmiş treninqdə brendin mahiyyəti və məzmunu, sənayedə brendləşmənin xüsusiyyətləri, sənaye məhsullarının keyfiyyətinin yüksəldilməsi, brendlərin dizaynının təkmilləşdirilməsi, kargüzarlığın aparılması və s. barədə ətraflı məlumat verilib.

Həmin gün Bakı Biznes Tədris Mərkəzinin Gəncə nümayəndəliyinin təşkilatçılığı ilə Azərbaycan Əlil Qadınlar Cəmiyyətinin Gəncə şəhər şöbəsində əlil qadınlar üçün "Biznes ideyanı yarat", "Öz biznesinə başla" və "İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər" mövzularında treninq keçirilib.

Tədbirdə biznes-ideyanın yaradılması, biznes-planların tərtib edilməsi, SWOT təhlilin aparılması və bu sahədə beynəlxalq təcrübə, maliyyə planlarının hazırlanması, innovativ texnologiyaların tətbiqi, yeni məhsul istehsalının və yeni xidmətlərin göstərilməsinin təşkili, peşə hazırlığı səviyyəsinin yüksəldilməsi və s. barədə məlumat iştirakçıların diqqətinə çatdırılıb. Bildirilib ki, treninqin keçirilməsində məqsəd əlil qadınların sahibkarlıq fəaliyyətinin dəstəklənməsinə və əlillərin məşğulluğunun təmin edilməsi işinin gücləndirilməsinə kömək etməkdir.

Treninqlərdə həmçinin, İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən sahibkarlıq sahəsində müasir texnologiyaların tətbiqi istiqamətində bir sıra tədbirlərin həyata keçirildiyi vurğulanıb, www.b2b.az, www.icazeler.gov.az portalları barədə məlumat verilib, onların biznesin səmərəli təşkilində əhəmiyyəti qeyd olunub.

Tədbirlər çərçivəsində mövzular üzrə təqdimatlar keçirilib, iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanıb, onları maraqlandıran suallar cavablandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti